Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

Cəmiyyət A- A A+

Təhsil Nazirliyi məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə həyata keçirməyi planlaşdırır.

EdNews xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə nəticəsində teledərslərin nə qədər effektiv olduğu, şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.

O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təkliflər təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...