UNEC onlayn idarəetməyə keçdi - FOTOLAR | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


UNEC onlayn idarəetməyə keçdi - FOTOLAR

Cəmiyyət A- A A+

Distant təhsil modelini uğurla reallaşdıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  idarəetməni bütövlükdə online sistemə keçirdi. Başqa sözlə, son beş ildə UNEC-də qurulmuş e-Universitet modelinin idarəetmə modulu da tətbiq edilməyə başlandı.

UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə onlayn rejimdə universitetin prorektorları, dekan və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda rektor 31 Mart - Azərbaycanlıların soyqırımından söz açaraq, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan danışıb. Rektor məhz ümummilli lider Heydər Əliyevin ciddi təşəbbüsü və qərarı nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Rektor Ədalət Muradov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımda iştirakına və göstərdikləri sosial həmrəyliyə görə UNEC nümayəndələrinə təşəkkürünü bildirib.

Mövcud durum nəzərə alınaraq, UNEC-in bütün fəaliyyətinin onlayn təşkil edildiyi qeyd olundu. Elektron universitet modelinin tətbiqini UNEC-in uğuru adlandıran rektor, bu modelin rektorluq və dekanlıqların online fəaliyyətini, yay semestri də daxil olmaqla bütün dərslərin müəllimlərin yerləşdiyi məkandan interaktiv tədrisini,  imtahanların online təşkilini, təkrar ali təhsilə və əcnəbilərin online qəbulunu, kargüzarlıq işləri və sənəd dövriyyəsinin elektron olaraq məsafədən təşkilini və idarə olunmasını, elektron kitabxananı, universitet əməkdaşları, tələbələrin suallarının cavablandırılması xidmətini, müəllim və tələbələrini bir platformada birləşdirən vahid kommunikasiya sistemini, UNEC-də fəaliyyət göstərən bütün komissiyaların online fəaliyyətini, müəllimlərin reytinginin müəyyən edilməsinin online sistemini, məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə unec.edu.azUNECNEWS saytlarını, eləcə də e-Universitetin fəaliyyətilə bağlı yarana bilən problemlərin operativ həll olunması məqsədilə onlayn servis xidmətini özündə ehtiva etdiyini bildirdi.

 

 

1

1

1

1

1

1

1

1

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...