Pakistan mediası qondarma DQ-dakı seçkilər barədə ekspertlərin rəylərini dərc edib

Cəmiyyət 15:31 04.04.2020

Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondu və EDNews-la yaxın əməkdaşlıq edən Pakistanın ən nüfuzlu gündəlik qəzet və xəbər saytı kimi tanınan Daily National Herald Tribune (DNHT) Qafqazda baş verən reallığı geniş bir məqalədə əks etdirib. Belə ki, məqalədə Ermənistanın qondarma Dağlıq Qarabağda prezident seçkiləri keçirməsinin koronavirus təhlükəsinin yayıldığı bir ərəfədə həm Ümumdünya Səhiyyə Təkilatının çağırışlarına, həm də beynəlxalq qanunlara zidd olması Azərbaycanın tanınmış ekspertlərinin şərhləri əsasında dünya ictimaiyyətinə çatdırılıb. 

Bu gün beynəlxalq medianın Azərbaycanın haqq səsini dünya auditoriyasında səsləndirməsi, Azərbaycanın hər zaman haqlı mövqedə dayanmasının göstəricisidir. 

Qeyd edək ki, nüfuzlu ekspertlər arasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev həm 31 mart soyqırımı, həm də Ermənistanın məhz həmin gündə seçkilər keçirməsi barədə fikir bildirib. 

Həmin məqalənin Azərbaycan dilində tərcüməsini sizlərə təqdim edirik:

---

Umud Mirzəyev: "Erməni separatizmi koronavirus pandemiyasından daha təhlükəlidir"

ÜST-in çağırışlarına məhəl qoymayan ermənilər, qondarma DQ-da qanunsuz seçkilər keçirməklə bütün Qafqaz xalqlarının həyatını təhlükəyə atırlar - Ekspertlər
 
31 mart Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan soyqırımın 102-ci anım günüdür. Mart ayının 30-dan başlayaraq aprel ayının 3-dək Bakı Soveti və Daşnak partiyasına daxil olan erməni silahlı qüvvələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvan rayonlarında tarixin böyük qətliamlarından birini törətdilər.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti və Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev ATV Səhər proqramına ermənilərin törətdiyi soyqırım və bir çox digər cinayətlər barədə yerli və dünya mediasına danışıb.
 
Əfsuslar olsun ki, ermənilər tərəfindən törədilmiş 1905-1907-ci il və Mart soyqırımı Sovet dövründə heç bir tədqiqat mövzusu olmayıb. Ermənilərin apardığı kampaniya haqsızlıq üzərində qurulub.
 
Xocalı soyqırımının şahidi olan Litvalı jurnalist Riçardas Lapaytis Kanadanın Kalqari Universitetində soyqırıma həsr edilmiş böyük bir tədbir keçirdi. Bizim Çində, Sietldə çalışan nümayəndəmiz Malik Əyyub Sumbal və komandamızdakı onlarla insan bu hadisələrdən danışarkən onların bu məsələyə ədalətli yanaşması güclü olmağımıza dəlalət edir.  
 
Biz yeni medianın imkanlarından səmərəli istifadə etməli, əcnəbi dillərdə öz dərdimizi başa salmalıyıq. Bunu etmiş olsaq atalarımızın, babalarımızın ruhu da şad olar.
 
Umud Mirzəyev həmçinin bu gün dünyanın koronavirus təhlükəsi ilə üzləşdiyi bir məqamda ermənilərin Dünya Səhiyyə Təşkilatının çağırışlarına məhəl qoymadan, eləcə də bütövlükdə Qafqaz xalqlarının taleyini riskə ataraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən 31 Mart seçkilərini də sərt şəkildə qınadı.
 
Düz 120 il bundan əvvəl bizim xalq erməni işğalçılarına qarşı son damla qanına qədər vuruşub. Bu gün bizim müstəqil dövlətimiz Azərbaycan dünya ölkələri ilə birgə qlobal koronavirus pandemiyasına qarşı mübarizə aparır. Erməni vandalları isə məhz 31 Mart günündə bu kritik məqamdan istifadə edərək qondarma Dağlıq Qarabağda seçkilər keçirir. Mən düşünürəm ki, erməni separatizmi bəşəriyyət üçün koronavirusdan daha da təhlükəlidir.
 
Əminəm ki, biz həm yüz il bundan öncə başlamış pandemiyadan, həm də bu pandemiyadan ləyaqətlə çıxacağıq! 
 
Çərşənbə axşamı, 31 mart tarixində işğal edilmiş Dağlıq Qarabağda 14 namizədin iştirak etdiyi qondarma prezident və parlament seçkiləri keçirilib. Seçkilər koronavirusun Qarabağda yüksək yayılma təhlükəsi olan bir dövrdə keçirilib. COVİD-19 virusu artıq Cənubi Qafqazda yayılıb və xüsusilə Ermənistanda 486 yoluxma faktı aşkarlanıb. Qonşu Gürcüstanda isə 98 nəfərin koronavirus testində müsbət cavab çıxıb. Beləliklə, Gürcüstan və Ermənistanda fövqəladə vəziyyət elan edilib.
 
Azərbaycan da öz növbəsində bu qlobal təhdidə qarşı ciddi tədbirlərə əl ataraq sərt karantin rejimi tətbiq edib. Azərbaycanın işğal edilmiş torpaqlarında koronavirusun sürətlə yayılma təhlükəsi mövcuddur. Qondarma rejimin nümayəndələri bu ərazilərdə koronavirusa yoluxma faktının qeydə alınmadığını və ciddi karantin tədbirləri görüldüyünü bildirsələr də, digər mənbələrdə həmin ərazilərdə virusa qarşı mübarizə üçün tibbi ləvazimat və normal tibbi şəraitin olmadığı bildirilir.
 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri Dağlıq Qarabağda kəskin respirator infeksiya və pnevmaniyaya yoluxmuş şəxslərin sayının artmasından, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olmasından, testlərin keçirilməməsindən, tibbi heyətin çatışmamasından şikayətlənirlər. Bu məsələylə bağlı təkcə Azərbaycan tərəfi deyil, hətta erməni tərəfi də öz ciddi narahatlığını bildirir. Belə ki, erməni politoloq Riçard Qriqoryan qondarma Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan seçkilərlə bağlı sosial şəbəkədə yazdığı statusunda belə deyib: “31 mart tarixində Dağlıq Qarabağda prezident və parlament seçkilərinin keçirilməsi ciddi səhvdir və narahatlıq doğurur. Səsvermə prosesi infeksiya təhlükəsini artırır, çünki çox sayda insan səsverməyə gələcək. Karantin tətbiq etmək əvəzinə seçkilərin keçirilməsi nəinki məsuliyyətsizlikdir, hətta təhlükəlidir. Həmçinin Dağlıq Qarabağda erməni qoşunları infeksiyaya və virus qarşısında müdafiəsizdir”.
 
Hərbiləşdirilmiş region olan Qarabağda potensial təhlükə nəzərə alınmır. Qarabağda virusun yayılması Ermənistanın pandemiyanın ikinci dalğası ilə üzləşməsinə gətirib çıxara bilər. Erməni politoloqun bu fikirlərinə haqq qazandırmaq olar. Ona görə ki, koronavirus hava yolu ilə yayılır.  Səsvermədə insanlar bir araya toplaşmaqla virusun yayılmasına şəriat yaradırlar. Hətta Ermənistanın özündə belə aprelin 5-də nəzərdə tutulmuş referendum təxirə  salınıb. Paşinyan hökumətinin rəsmiləri də seçkilərin təxirə salınması üçün qondarma DQ-yə çağırış ediblər. Ermənistanın Azadlıq Radiosunun verdiyi məlumata görə qondarma Dağlıq Qarabağda keçiriləcək seçkilərin monitorinqində Ermənistandan xeyli sayda müşahidəçi iştirak edəcək.  DQ-nin erməni icmasının bəzi üzvləri hesab edirlər ki, Ermənistandan olan müşahidəçilərin çağırılması virusun yayılma təhlükəsinin artmasında ayrıca bir riskdir. Qondarma respublikada virus yayılarsa Azərbaycan nə kimi tədbirlər görməlidir? Dağlıq Qarabağda koronavirusun yüksək sürətlə artdığı və Qarabağ ermənilərinin ağır vəziyyətə düşdüyü təqdirdə Azərbaycanın hansı addımları atacağı ciddi şəkildə müzakirə olunur. Bu barədə tanınmış ekspert, politoloq və Milli Məclisin deputatı Rasim Musabəyov açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağda koronavirusla bağlı yalnız bəyanat verə bilər. “Qısaca deyə bilərəm ki, mövcud şəraitdə Dağlıq Qarabağda yaşayan ermənilərə biz tərəfdən yardım etmək reallıqdan uzaqdır. Təbliğat baxımdan bu söylənə bilər. Yaddan çıxmasın ki, təmas xəttində bizim əsgərlərimiz ermənilər tərəfindən nişan altında dururlar”. Sosial Tədqiqatlar Mərkəzinin eksperti Əziz Əlibəyli isə qeyd edir ki,  Dağlıq Qarabağ erməniləri Ermənistanda baş verənlərdən çox narahatdırlar. “Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ erməniləri Ermənistana olan ümidlərini itirib. Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın artıq nüfuzunu və təsirini görürlər. Qarabağ erməniləri başa düşürlər ki, Azərbaycan vətəndaşı olmaq daha sərfəlidir, nəinki kölə vəziyyətinə düşmüş Ermənistanın təsiri altında olmaq,”- deyə Ə.Əlibəyli bildirib. Ekspert daha sonra əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və oradakı ermənilər Azərbaycan vətəndaşlarıdır. “Dağlıq Qarabağda yaşayan ermənilər birmənalı Azərbaycan vətəndaşları sayılır. Azərbaycan bu və ya başqa formada Dağlıq Qarabağdakı vətəndaşlarının müraciətlərinə cavab verməlidir,”- o, belə vurğladı.
 
Bundan əlavə Qafqaz Siyasi Analitik Mərkəzinin direktoru Əhməd Əlili də bu məsələ barədə ətraflı şərh verib: “Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ ermənilərini öz vətəndaşı kimi qəbul edir.  Azərbaycan rəsmiləri bütün beynəlxalq danışıqlar prosesində Dağlıq Qarabağ ermənilərinin yenidən Azərbaycanın tərkibində yaşaması üçün heç bir problemin olmadığını daima vurğulayıb. Azərbaycan bu məqamdan istifadə edib göstərə bilər ki, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və sağlamlığının qorunmasına dəstək ola bilər. Nəzərə almaq lazımdır ki, regionda praktiki olaraq Gürcüstan tərəfi oxşar addımı atıb. Gürcüstan öz imicini qaldırmaq üçün Prezident Zurabişvili adından Ümumdünya Səhiyyə Təşkilatına səslənərək Abxaziyada və Cənubi Osetiyada proseslərin nəzarətə götürülməsini tələb edib. Gürcülər fəxrlə deyirlər ki, onlar bu ərazilərdə yaşayan əhalinin hüquqlarını qorumağa hazırdırlar. Azərbaycan da belə bir addım atarsa, ölkəmizin imicinə müsbət təsir ola bilər.”  
 
Siyasi analitik onu da qeyd edib ki, Beynəlxalq Təşkilatlar Azərbaycanın icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərə bilməzlər. Dağlıq Qarabağ erməniləri və Ermənistan bunu bilirlər. “Ümumdünya Səhiyyə Təşkilatının belə bir məqamda Dağlıq Qarabağda fəaliyyət göstərməsi üçün Azərbaycanın icazəsi lazımdır”, deyə o söyləyib. Belə olan halda Qarabağda yaşayan ermənilər görəcəklər ki, bu ərazidə bütün işlər və tədbirlər Bakının icazəsi ilə həyata keçirilir və Bakının razılığı ilə Ümumdünya Səhiyyə Təşkilatı onlara yardım göstərir. “Qarabağ erməniləri onların taleyinin həll olunmasında Azərbaycanın rolunun olduğunu başa düşəcəklər,” – deyə ekspert belə vurğulayıb. Bundan əlavə, Dağlıq Qarabağ Azərbaycan icmasının sədri Tural Gəncəliyev Qarabağ ermənilərinin koronavirus təhlükəsindən qorunmaq üçün Azərbaycana müraciət etmələrini çağırıb. T.Gəncəliyev bildirib ki,  Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Ermənistanın işğalından azad edildikdən sonra Dağlıq Qarabağda səhiyyə strukturu yenidən qurula bilər.
 
 
Riaz Ahmad Malik
DNHT Pakistan
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Hamısı