Bəzi hallarda yaşlıların zəruri rejim qaydalarına əməl etməməsi Prezidenti daha sərt tədbirlərin anonsunu vermək məcburiyyətində qoydu

Cəmiyyət 09:21 05.04.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib. Açılışda dövlət başçısı ölkədə elan olunan karantin şərtlərinin pozulması ilə bağlı ciddi və haqlı bir xəbərdarlıq edib.

"Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək". Göründüyü kimi, bəzi hallarda yaşlıların zəruri rejim qaydalarına əməl etməməsi Prezidenti daha sərt tədbirlərin anonsunu vermək məcburiyyətində qoyur. Ölkə başçısı, qaydalar pozulacağı təqdirdə, onların sərtləşəcəyini bildirdi. Bu sərtləşmə özündə nəyi ehtiva edə bilər?

EdNews xəbər verir ki, Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün ölkələr epidemiyanın qarşısının alınması üçün ciddi tədbirlərə əl atır:“Bizim ölkəmiz də pandemiya ilə bağlı bütün zəruri tədbirləri davam etdirir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılıb. Biz də QHT-lər olaraq bu təşəbbüsə qoşulmuşuq. Əsasən ictimai montitorinqləri həyata keçiririk. Əhalinin müxtəlif təbəqələri ilə görüşürük. Bu yöndə əlimizdən gələn maarifləndirməni həyata keçiririk. Hesab edirəm ki, Operativ Qərargahın elan etdiyi karantin rejiminə mütləq mənada əməl etməliyik. Qoyulan qaydalara yüksək səviyyədə əməl etmək hər bir vətəndaşın borcudur. Ölkə başçısını da narahat edən məqam bundan ibarətdir ki, əhalinin sağlamlığı üçün atılan addımlara bəzi vətəndaşlarımız əməl etmək istəmir. Bizim özümüz də bunun şahidi oluruq. Əhalinin, xüsusilə də yaşı 65-i keçmiş vətəndaşların küçədə gəzdiklərini görürük. Bu biganəlik ölkə rəhbərliyini daha sərt addımlar atmağa vadar edə bilər. Hələlik bununla bağlı biz xəbərdarlığı eşidirik. Əhalinin içərisində olan şəxs kimi mən də Prezidentin fikirləri və tələbi ilə tamamilə razıyam. Çünki bir çox insanlar özlərini düşünməməklə yanaşı, başqalarını da xəstəliyə yoluxdura bilərlər. Bu onların boynuna düşən bir hüquqi məsuliyyətdi. Mütləq mənada “evdə qal, cəmiyyəti qoru” kampaniyasının tələblərinə əməl olunmalıdır. Bu simvolik məna daşımır, ciddi tələbdir. Ölkə başçısı hamımızdan çox məlumata malik olan şəxsdi. O, dünyada bu epidemiyanın yaratdığı fəsadları bilir və bütün bu tələbləri ölkəmizi qorumaq üçün edir. Biz bu bəladan yalnız birlik nümayiş etdirməklə çıxa bilərik. Mən də hesab edirəm ki, qaydalara əməl olunmayacağı təqdirdə daha sərt inzibati və digər tədbirlərin görülməsi zərurəti yaranacaq ki, buna da getmək lazımdır. Belə olmasa, bizi ciddi sınaqlar gözləyə bilər”.

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Hamısı