Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq 20 manata satan şəxs tutulub | Eurasia Diary - ednews.net

1 Dekabr, Çərşənbə axşamı


Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq 20 manata satan şəxs tutulub

Cəmiyyət A- A A+

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir.

EdNews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxsin polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
 
 
 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...