142 - Çağrı Mərkəzində bir gündə rekord sayda zəng qeydə alındı | Eurasia Diary - ednews.net

1 İyun, Bazar ertəsi


142 - Çağrı Mərkəzində bir gündə rekord sayda zəng qeydə alındı

Cəmiyyət A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə aprelin 7-də 5707 zəng daxil olub.

Bu da Çağrı Mərkəzinin fəaliyyət göstərdiyi dövrdə bir gün ərzində edilən zənglərin sayı baxımından rekord göstəricidir.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların əmək, məşğulluq, sosial müdafiə tədbirləri, tibbi-sosial reabilitasiya və s. ilə bağlı müraciətləri əməkdaşlar tərəfindən ətraflı cavablandırılıb, sorğu xarakteri daşıyan müraciətlərlə bağlı izahat və məlumatlar verilib.

Qeyd edək ki, son iki həftədə Çağrı Mərkəzinə 53 400, ümumilikdə bu il 160 minədək zəng daxil olub.

Hazırda 142–Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində (saat 9-dan 24-dək) fəaliyyət göstərir. 100-dək operator zəngləri cavablandırır.

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...