İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi - Yeni TƏLİMAT | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi - Yeni TƏLİMAT

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

EDNews.net 7News.Az-a istinadən bildirir ki, ƏƏSMN-in istifadəyə verdiyi e-sosial.az saytında daha əvvəl tətbiq edilən qeydiyyat üsulu dəyişdirilib.

Məlumat üçün bildiririk ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az (e-sosial.az/#) portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan "online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

GÖY FON

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, "İstiqamət” bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər”, "Xidmət növü” bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Həmin təlimatlar aşağıda göstərilən ardıcıllıqla aparılmalıdır.

Açılan pəncərədə FİN kod yazılırŞəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi daxil edilir ("AZE” və ya "AA” hissəsinin yazılması vacibdir!)Daha sonra "YOXLA” düyməsi basılır. (ŞƏKİL 1)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 1

Bundan sonra "ad”, "soyad” və "ata adı” üçün tərtib edilən xanalar sistem tərəfindən doldurulur. Yəni bu xanalar vətəndaş tərəfindən yazılaraq DOLDURULMUR! (ŞƏKİL 2)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 2

Daha sonra müvafiq olaraq yaşadığınız şəhəri, faktiki yaşadığınız ünvanı, e-mailinizi və telefon nömrənizi yazmalısınız.(ŞƏKİL 3)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 3

Daha sonra "İstiqamət” bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər” xanasını seçməlisiniz (ŞƏKİL 4 və ŞƏKİL 5)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 4

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 5

Bundan sonrakı mərkələdəd "Xidmət növü” bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçilməlidir. (ŞƏKİL 6 və ŞƏKİL 7)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 6

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 7

Bu mərhələləri uğurla tamamladıqdan sonra "Müraciətin növü” bölməsindən "Ərizə” xanası sekilməlidir. (ŞƏKİL 8)

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 8

Daha sonra təhlükəsizlik mərhələsini keçmək üçün SƏKİL 9-da göstərilənlərə əməl etməlisiniz.

DİQQƏT!!-İşsiz şəxslərin qeydiyyatdan keçməsi üsulu dəyişdi — 190 manatı almaq üçün şəkilli TƏLİMAT

ŞƏKİL 9

Yuxarıda qeyd olunan mərhələləri uğurla tamamladıqdan sonra "GÖNDƏR” düyməsinə basmaqla müraciətinizi ƏƏSMN-ın bazasına yollamış olacaqsınız. Təbii ki, siz bu formanı dolduranadək nazirliyin təqdim etdiyi sayt fəaliyyətini dayandırmasa…

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...