Güllələnən icra başçısının qardaşına yenidən vəzifə verildi | Eurasia Diary - ednews.net

31 May,


Güllələnən icra başçısının qardaşına yenidən vəzifə verildi

Cəmiyyət A- A A+

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Ədliyyə general-leytenantı, hüquq üzrə fəlsəfə doktorudur.

Qeyd edək ki, Xanlar Vəliyev 2018-ci ildə sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin qardaşıdır.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...