"Gec olmadan anladıq ki, həyatda ən güclü qala evimizdir" Psixoloq Taciyə Mehdisoy

Cəmiyyət 09:00 24.04.2020

Dünyada yayılan yeni növ koronavirus pandemiyası kütləvi insan ölümləri və sağlamlıq qayğıları ilə hər kəs üçün narahatverici bir dönəmdir. Təbii olaraq hər bir fərdin yaşadığı bu gərginlik onun psixikasında dərin iz buraxır. Pandemiyanın yaratdığı psixoloji problemlər haqda "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının baş psixoloqu Taciyə Mehdisoy “EDNews.net”-ə müsahibə verib.

Pandemiya vəziyyəti insanda hansı psixoloji gərginliyə yol açır? Bu gərginlikdən xilas olmaq üçün nə etmək lazımdır?

- Bəşəriyyət üçün pandemiya yeni olmasa da cari dövrdə yaşayan insanlar üçün xoşbəxt, rahat və ya adi yaşadıqları dövrdə bu tip xəstəlik xəbərinin yayılması xoşagəlməz sürpriz oldu. Sözsüz ki, insanların psixologiyasına təsirsiz ötüşmədi.

Yaşam boyunca ölüm qorxusu insanı təqib edir, pandemiya ilə əlaqədar bu qorxunu yaşayanların sayı artdı. Virusla bağlı evdə qalmaq və virusun yaratdığı qorxu zamanla insanların psixoloji durumuna təsir göstərdi. Bu səbəbdən insanlarda panik atak, stress, depressiya və müxtəlif fobiyalar müşahidə olunur. Psixoloji baxımdan ən çox əziyyət çəkənlərin əksəriyyəti ya əvvəllər psixoloji gərginlik yaşamış, ya da indi yaşamaqda davam edənlərdir. Gərginliyin aradan qaldırılması üçün "El ilə gələn toy-bayramdır" atalar sözünü xatırlayıb, pandemiyanın fərdi yox, kütləvi xarakter daşıdığını anlamaq lazımdır. Bu virusla tək şəxsin özü yox, dünya mübarizə aparır. Virusun ziyansız ötüşməsinin qarşısı alınması üçün müvafiq qaydalara riayət etmək lazımdır. Qorxmaq yox, ehtiyat etmək gərəklidir. İnsan psixologiyası fərdi olduğu üçün hadisələrə göstərdiyi münasibət də fərdidir. Bu münasibət insanın yaşına, cinsinə, təhsil və yaşayış səviyyəsinə və s. görə dəyişir.

Davamlı olaraq koronavirusla bağlı məlumatların əhatəsindəyik. Karantin stressi fonunda bu bədbin monotonluqdan necə qurtulmaq olar?

- Televiziya və sosial mediada gedən xəbərlər gündəlik olaraq insanların maariflənməsi üçün böyük vasitədir. Ancaq ardıcıl olaraq yayınlanması insanlara mənfi təsir göstərir. Hal-hazırda bütün dünyanın diqqəti “COVID-19”la bağlı yayılan xəbərlərdədir. İnsanların məlumatlı olması lazımdır, ancaq psixikası zəif insanlar deyilən xəbərləri yüksək həssaslıqla qəbul edir və günboyu onun təsirində olurlar. Bu isə həm şəxsin özünün gündəlik həyat və davranışına, həm ətrafına təsir edir.

Virusa qarşı mübarizədə öz üzərimizə düşənləri, müvafiq qaydaları bilmək və əməl etmək vacibdir. Ancaq bizə onlayn müraciət edən insanlar bu xəbərlərdən artıq asılı olduqlarını, bəziləri isə xəbərləri eşitməmək üçün telefon və televiziyadan tamamən uzaqlaşdıqlarını dedilər. Burada bizim köməyimizə "qızıl orta" gələcək. Hadisə öz-özlüyündə heç bir məna daşımır, onu mənalandıran bizim özümüzük. Düzgün yanaşmaq üçün düzgün məlumatlanmaq lazımdır. Karantin stressi fonunda bu monotonluqdan yaxa qurtarmaq üçün bütün diqqəti müsbət hadisə və gələcək planlara bağlamaq lazımdır. Həyat evimizdə və evdəkilərlə daha gözəldir.

Xüsusi karantin rejimi 65 yaşdan yuxarı şəxslərin psixikasına necə təsir edir?  

- Nəzərə almaq lazımdır ki, pandemiya mövzusu olmasa belə yaş artdıqca "yaşlılıq sindromu" başlayır və ölüm qorxusu sürətlə artır. Bu dövrdə isə mediada yaşlı insanların virusdan daha çox əziyyət çəkəcəyi və ölə biləcəyi deyildiyi üçün ölüm qorxusu hədsiz artıb. Onlar qaydalara daha çox əməl etməyə başlayır və həm də ətrafını əməl etməyə vadar edirlər. Bununla bağlı olaraq stress, depressiya və aqressiya artır. Ancaq qaydalardan şıltaq uşaq kimi çıxmağa çalışan yaşlılara da rast gələ bilərik. Çünki yaşlandıqca yaşlıların saflığı uşaqlardakı kimi artır.

Bəzi insanlarda paranoya, panik atak, vasvasılıq və s. kimi psixoloji problemlər var. Bu şəxslər ayrı-ayrılıqda indiki vəziyyətdə necə hərəkət etməlidir?

- Sözsüz psixoloji narahatlığı olan insanlar hansısa hadisələrin təsirinə daha tez düşürlər. Bu səbəblə də hər gün yoluxan insanların və ya ölənlərin sayı deyildikcə panik atakdan əziyyət çəkənlərin panik durumunda artım hiss olunur, virusun qarşısı əlləri yumaqla, dezinfeksiya etməklə alına biləcəyi deyildiyi üçün OKP (vasvasılıq) olan insanlar daha çox əllərini yuyurlar. Belə olan halda çalışıb diqqətlə başqa müsbət duyğu ala biləcəkləri işə yönəlməlidirlər.

İlboyu davam edə biləcək pandemiya vəziyyətinin sosiallaşmaya qismən əngəl olması cəmiyyətdə problemlər yarada bilər? Pandemiya insanda hər hansı qalıcı və ya uzunmüddətli psixoloji problemə səbəb ola bilərmi?

- İnsan təhsil, iş, alış-veriş və s. zamanı digər insanlarla daha çox ünsiyyətdə olur. Karantin rejimi aktiv həyatı məhdudlaşdırdığı üçün insanlar öz ailələri ilə zaman keçirirlər. Bu isə sosiallaşmaya təsir edir. İnsan bir müddət sonra olduğu mühitə uyğunlaşır, əvvəl "Bir gün evdən çıxmadan, dostlarımla görüşmədən dayana bilmərəm" deyənlər artiq bir aydır evdədir, dayanıblar və özlərinə yeni məşğuliyyət də tapıblar. Karantin bitdikdən sonra da virusun tamam təmizlənməsi üçün bir müddət yenə insanlar bir-birindən uzaq gəzməli olacaq. Ancaq bu çox uzun çəkməyəcək. Çünki insan adaptasiya olan varlıqdır. Hər şey tez bir zamanda qaydasına düşəcək.

Koronavirus böhranı insan psixikasında necə əks olundu? Hansı mənfi və müsbət izləri buraxaraq bizə nəyi öyrətdi?

- Zamanla hadisələr keçir amma insanlara çıxardığı dərslər qalır. Ən böyük mənfi təsir kütləvi insan qırğınıdır. Daha sonra psixoloji baxımdan qorxu və həyəcan. Ancaq müsbət tərəfi o oldu ki, insanlar həyatın mənasını daha yaxşı anladı. Xoşbəxtliyi uzaqda və qeyri-adi nələrdəsə görən insanlar anladı ki, əslində xoşbəxtlik gündəlik normaları normada yaşamaqdır. Hər şeyi əldə etməyə can atan insanlar əslində ən böyük dəyərin elə sağlıq olduğunu anladı. Sağlam qalmaq üçün hər insanın öz evinin ən güvənli yer olduğunu anladıq. Hər şeyin mərkəzində özümüzü görürdük, ancaq yeganə əvəzolunmaz yerimiz öz həyatımız və ailəmizdir. Təmizliyin çox önəmli olduğuna bir daha əmin olduq. Gec olmadan anladıq ki, həyatda ən güclü qala evimizdir.

Təşəkkür edirik!

Gülnar Səlimova

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı