Bildiyimiz kimi hər bir insanın tələbatları vardır və bu tələbatları ödəmək üçün insan bəzən pula ehtiyac duyur. Təbii ki, insanların hər biri özlərinin bütün tələbatlarını qarşılaya bilmirlər, bunun səbəbi isə yetərincə pul vəsaitlərinin olmamasıdır. Belə bir sual yaranır: insanların maliyə cəhətdən uğursuz olmalarının səbəbi nədir? Niyə bəzi insanlar varlı bəziləri isə yoxsuldur? Bir çox insanlar maliyyə cəhətdən uğursuz olmalarının səbəbini əmək haqlarının və ya gəlirlərinin az olmasında görürlər. Lakin bu fikir səhvdir. Bir çox insanların yoxsul olmasında səbəb onların öz pullarını düzgün istifadə edə bilməməklərindədir. Bu məqaləni yazmağımda məqsəd oxuculara kapitalın artırılmasının 6 əsas qanunununu çatdırmaqdır.
Büdcəni artırmağın 6 əsas qanunu.
1. Pul qabını doldurmağa başla.
İnsanların elədikləri səhvlərdən biri də hər əmək haqqını aldıqda özlərinə əməklərinin qarşılığı olaraq haqq ödəməmələridir. Siz deyə bilərsiz ki, aldığınız əmək haqqı hamısı onsuz da sizə məxsusdur, amma bu əslində elə deyil. Məsələn: - Siz əmək haqqını alırsınız və pulları kommunal xərcləri ödəmək, geyim və ərzaq almaq üçün bu kimi digər yerlərə xərcliyirsiz. Gördüyünüz kimi aldığınız pul başqalarına məxsus olur.
Sual yaranır bəs necə edək özümüzə də qalsın? Hər bir şəxs əldə etdiyi qazancın minimum 1/10 hisssəsini qırağa ayırmalıdır (yəni yığmalıdır) və xərclərini yerdə qalan pulla qarşılamalıdır. Yığılan pulları əsla xərcləri qarşılamaq üçün isdifadə etməməlisiniz. Siz yerdə qalan pulla büdcənizi tarazlamalısınız. İlk anlarda həmin pulla keçinmək çətin olsa da, bir müddət sonra daimi yığdığınız pulun artığını görərək zövq alacaxsınız.
2. Xərclərinizə nəzarət edin.
Maxsimum dərəcədə xərclərinizi azaltmağa çalışmalısınız. Aylıq olararaq bütün xərclədiklərinizi qeydə alın. Bu sizin xərclərə nəzarətinizi asanlaşdıracaq və siz aydın şəkildə nəyə çox pul xərclədiyinizi görəcəksiniz. Sonra qeydə aldığınız xərclərin siyahısını bir daha incələyib zərurui olmayan xərcləri növbəti alış-veriş zamanı siyahınızdan çıxarın.
3. Yığdığınız pulları qazanc gətirə biləcək müəyyən sahəyə yönəldin.
Yəni yığılan pullar durğun qalmamalıdır. Bir müdətdən sonra yığılan pulları elə bir gəlirli sahəyə yatırmalısınız ki, həmin pullar özləri ilə birlikdə sizə daha çox pul gətirsinlər. Belə olan halda siz pulun köləsinə yox, pul sizin kölənizə çevriləcək və daima həyata keçirmək istədiyiniz məqsədlər üçün sizə xidmət edəcək.
4. Yığılan pulları itkidən qoruyun.
Yığılan pulları elə bir sahəyə yatırın ki, həmin pul qazancla geri qayıtsın. Əmin olmadığınız və itki ehtimalı çox olan sahəyə pul yatırmayın. Əgər yığılan pulllar itkiyə getsə, yəni zərə uğrasanız hər şeyi sıfırdan başlamalı olacaqsınız
5. İşi yaxşı biləndən məsləhət alın.
Pulu yatıracağınız biznes sahəsi haqqında geniş bilgiyə sahib olan .əxslərdən daim məsləhətlər alın. Çünki onlr artıq kar və zərərə aparan yollrı yaxşı tanıyırlar.
6. Gələcəyiniz üçün pul yığın.
Heç kəs bu dünyada əbədi olaraq yaşamır. Lakin insan elə bir varlıqdır ki, onun istər diriliyində, istərsə də ölümündən sonra yenə pula ehtiycı olur. Yəni pul, həmçinin siz vəfat etdikdən sonra belə, yaxınlarınızın əziyyət çəkməməsi üçün faydalı bir əmanət kimi itifadə edilir.
Eltun Vahidli