Bakıda pulsuz tibbi qoruyucu vasitələr paylanıldı - FOTO | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Bakıda pulsuz tibbi qoruyucu vasitələr paylanıldı - FOTO

Cəmiyyət A- A A+

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Yasamal rayonunda xüsusi aksiya keçirilib. 

EDNews.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb. Aksiya Yasamal Rayon İcra Hakimiyyəti nəzdində Operativ Qərargahın qərarına uyğun olaraq keçirilib.

Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, həmçinin 50-dən çox könüllü iştirak edib. Metrostansiyaların ətrafında və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər və tibbi spirt paylanılıb. 

Yasamal rayon İcra Hakimiyyəti nəzdində Operativ Qərargahdan bildiriblər ki, aksiyanın məqsədi əhalinin qoruyucu vasitələrə olan tələbatını ödəməkdir. Bu mənada əhalinin həssas təbəqə nümayəndələri olan aztəminatlı ailələrin müdafiəsi xüsusi önəm daşıyır. Bu məqsədlə insanlara qoruyucu vasitələr təmannasız paylanılıb.

Yasamal rayonunda koronavirus pandemiyası mübarizə çərçivəsində mütəmadi qaydada tibbi-profilaktiki və dezinfeksiya tədbirləri davam edir. Sistemli şəkildə küçə və prospektlər yuyulur, həmçinin bina girişləri, liftlər və məişət tullantıları üçün meydançalar kimyəvi maddələrlə dezinfeksiya edilir.




 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...