Erməni məmurlarını susduran gənclər | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Erməni məmurlarını susduran gənclər

Cəmiyyət A- A A+
8 may və 18 may tarixlərində Şuşa və Laçının işğalının 28-ci il dönümündə bu işğala dinc yolla etirazını bildirən bir qrup gənc fəal Sabir Rüstəmovun təşkilatçılığı ilə erməni məmurların, millət vəkilləri və nazirlərin, həmçinin erməni işğalını dəstəkləyən dünyaca tanınmış bir çox beynəlxalq təşkilatın sosial mediadakı rəsmi səyfələrinə daxil olaraq "Şuşa Azərbaycandır", "erməni işğalına son", "erməni vandalizminə son" başlıqlı statuslar, şərhlər paylaşıblar. Qeyd edək ki, bu S.Rüstəmovun erməni işğalçılığı və terrorizminin ifşası baxımından ilk belə fəaliyyəti deyil. O, 20-dən çox ölkədə Azərbaycanı təmsil edib və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı fəallığına görə prezident mükafatına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...