Zərdab rayon Məhkəməsinin hakimi Tahir Qubadov bu rayonda işıq üzü görən “Əkinçi” qəzetinin 100 manat məbləğində cərimə olunması barədə qərar çıxarıb.
EDNews.net xəbər verir ki, qəzetin cərimələnməsinə səbəb redaksiyanın yerləşdiyi 44 kv. metrlik qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya sisteminin quraşdırılmaması, ilkin yanğınsöndürmə alətlərinin alınmaması və naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətininin yoxlatdırılmaması olub.
Qeyd edək ki, qəzet FHN-nin Aran Regional Yanğın Nəzarəti İdarəsinin müraciəti əsasında cərimələnib.