Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov pasport müddəti bitmiş əcnəbilərlə bağlı məsələdən danışıb.
EDNews.net xəbər verir ki, bu barədə V. Hüseynov onlayn mətbuat konfrasında qeyd edib ki, həmin əcnəbilər ölkədə qalma müddətini 30 və 60 gün uzada bilər: “Aydındır ki, pandemiya dövründə səfirliklərin fəaliyyətində müəyyən məhdudlaşma var. Həmin əcnəbi etibarsız sənədlə yaşadığına görə, ona cərimə tətbiq edilməyəcək. Sadəcə ölkəni tərk edəndə geri qayıdış şəhadətnaməsini ala bilər”.