Milli Şurada növbəti CİDDİ İSTEFA | Eurasia Diary - ednews.net

29 May, Cümə


Milli Şurada növbəti CİDDİ İSTEFA

Cəmiyyət A- A A+

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.

N.Səfərov istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu bilıdirib:

“Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verir.

Qeyd edək ki, nalayiq ifadələrin də yer aldığı sözgedən videonun yayılmasından sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib. (report)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...