Azərbaycanda 118 nəfər koronavirusa yoluxdu, 87 nəfər sağaldı | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Azərbaycanda 118 nəfər koronavirusa yoluxdu, 87 nəfər sağaldı

Cəmiyyət A- A A+

Azərbaycan 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

EDNews.net  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252 496 test aparılıb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...