BMT dezinformasiyaya qarşı qlobal təşəbbüsə başlayır

Cəmiyyət 10:46 22.05.2020

Birləşmiş Millətlər Təşkilatı COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

Təşəbbüsü təqdim edən BMT-nin Baş katibi António Quterreş bildirib: "Virtual məkanlarımızı yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik. Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər."

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək: həyatları xilas etmək üçün - elm; yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik; və təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər. Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcədə yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.

Təşəbbüs, dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində "informasiya könüllüləri" olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək.

“Bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır. Böhrandan nativizm (şovinizm) meyllərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər,” Qlobal Kommunikasiyalar üzrə Baş katibin müavini Melissa Fleminq qeyd edib. "Verified təşəbbüsü, eyni zamanda, yerli səviyyədə humanizm yanaşmalarını, qaçqın və miqrantların töhfələrini nəzərə alan və qlobal əməkdaşlığa xidmət edən ümid yaradan məzmundan istifadə edərək sözügedən meylləri həll etmək üçün çalışacaq."

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və Luminate də dəstəkləyir.

IKEA Fondunun proqramlar üzrə baş nümayəndəsi Patrisia Atkinson bildirib: “COVID-19 pandemiyası ictimai səhiyyə sahəsində misli görünməmiş qlobal böhrandır. IKEA Fondu hər bir şəxsin ailəsini və yaxınlarını etibarlı qoruması üçün tələb olunan tutarlı elmi dəlil və məsləhətlərə çıxışı təmin etmək məqsədi daşıyan Verified təşəbbüsünü dəstəkləməkdən qürür duyur.”

Luminate şirkətinin İdarəedici direktoru Nişant Lalvani bunları söyləyib: "COVID-19 dəqiq, etibarlı məlumatlara çıxış imkanının qorxu və dözümlülük, parçalanma və birlik, hətta həyat və ölüm arasındakı fərqi əks etdirdiyini xatırladır. Dünya əhalisini və icmaları qorumaq üçün etibarlı, elmə əsaslanan məlumatları sürətlə yayaraq koronavirus 'infodemiyası' ilə mübarizə işinə töhfə verən Verified təşəbbüsünü dəstəkləmək bizim üçün şərəfli vəzifədir."

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı