Xəzər dənizində suyun səviyyəsi son 25 ildə ən aşağı səviyyəyə düşüb | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Xəzər dənizində suyun səviyyəsi son 25 ildə ən aşağı səviyyəyə düşüb

Cəmiyyət A- A A+

Xəzər dənizində suyun səviyyəsi 1995-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Bu, əsasən dəniz suyunun böyük hissəsini, təxminən, 22 faizini təmin edən Volqa çayında suyun səviyyəsinun son vaxtlar aşağı düşməsi ilə əlaqədardır.

Qeyd olunur ki, 2019-cu ildə suyun orta səviyyəsi 27,18 metr təşkil edib ki, bu da bir il əvvələ nisbətən 13 santimetr azdır.

Xüsusilə son illərdə Xəzər dənizinin səthində tempraturun artması tendensiyası da suyun səviyyəsinin aşağı düşməsinə təsir edən amillərdən biridir. 2019-cu ildə dənizin orta temperaturu 2018-ci illə müqayisədə 0,2 dərəcə artıb və uzunmüddətli orta səviyyədən 1 dərəcə yüksək olub.

Son iki ildə suyun tempraturunda baş verən dəyişikliklərin təhlili şimal hissəsindən başqa, Xəzər dənizinin bütün hissələrində suyun istiliyinin artdığını göstərir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...