Bayram namazı ilə bağlı açıqlama | Eurasia Diary - ednews.net

30 Sentyabr, Çərşənbə


Bayram namazı ilə bağlı açıqlama

Cəmiyyət A- A A+
Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq:
 
“Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
 
Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
 
Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir”.
 
Qeyd edək ki, aprelin 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında deyilirdi ki, xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verilib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...