Karantin yumşalır, risk artır, bəs koronavirusa ən çox harada yoluxmaq olar?

Cəmiyyət 13:27 24.05.2020

Dünyanın əksər ölkələri kimi Azərbaycan da karantin rejimini yumşaltmaqdadır və iyunun 1-dən etibarən məhdudiyyətlərin daha bir qisminin götürüləcəyi, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcəyi gözlənilir. Karantin rejiminin yumşalması koronavirusa yoluxma riskini də təbii ki, artırır və bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah əhalini maska taxmaq, sosial məsafəni gözləməklə yanaşı iş yerlərində, kafe və restoranlarda, ictimai nəqliyyatda xüsusi qaydalara əməl etməyə çağırır.

Bəs avtobus dayanacağında asqıran şəxs başqasını koronavirusa yoluxdurmaq üçün nə qədər təhlükəlidir? Restorana getməyə dəyərmi? Bəs, ictimai nəqliyyatdan istifadə doğrudanmı yüksək risklə müşaiyət olunur?

ABŞ-ın Dartmouth şəhərindəki Massachusetts Universitetinin dosenti, immunoloq Erin Bromage Covid-19 infeksiyasına yoluxma təhlükəsini necə azaltmaq barədə BBC-yə danışıb. Doktor Bromage yoluxucu xəstəliklərin epidemiologiyası mövzusunda dərs keçir və yarandığı andan mövcud pandemiyanın inkişafını yaxından izləyir.

O, konkret bu xəstəlik üzrə mütəxəssis olmaqdan daha çox elmi biliklərin təcrübəli təbliğatçısıdır. Alimin koronavirusla əlaqəli risklər haqqında bloqunu təxminən 16 milyon insan oxuyub. O, qismən də olsa normal həyata qayıtma zamanı bəzi şeylərə əməl etməyi məsləhət görür.

Virusa harada yoluxmaq olar?

Dr. Bromage deyir ki, insanların çoxu virusa digər ailə üzvlərinin onlara virus keçirməsi ilə yoluxur. Bəs, evdən kənarda? Biz gündəlik park gəzintisi zamanı özümüzü riskə atırıqmı? Bax elə bu maskasız qaçmağa çıxan düşüncəsiz adam mənə xəstəlik keçirə bilərmi?

“Çətin ki”, -professor deyir. "Virus açıq havada məhdudiyyətsiz ölçüdə püskürtülür, İnsan nəfəsi çox tez yox olur". Bu o deməkdir ki, böyük ehtimal ki, sizin virus dozanız yoluxmaq üçün kifayət etməyəcək.

"Xəstələnməyiniz üçün sizin orqanizminizə infeksiya dozası dediyimiz - SARS-CoV-2 virusunun minlərlə hissəcikləri olmalıdır. Bu qiymətləndirmə MERS və SARS viruslarının araşdırılması zamanı götürülən dozaya əsaslanır", - o, bloqunda yazıb.

Burada əsas odur ki, siz virusa yoluxmaq üçün kifayət edən dozanı bir neçə yollarla yığa bilərsiniz. "Bir nəfəsdə virusun min hissəciyi və ya on nəfəsə hər dəfə yüz hissəcik və ya yüz nəfəsə hər dəfə on hissəcik. Bu hallardan hər hansı biri yoluxmaya gətirib çıxara bilər", - Dr Bromage izah edir.

Virus simptomları olan insanlar

Öskürək və asqırıq həqiqətən də virusu yayır, amma müxtəlif cür. İnsan öskürərkən insan havaya 80 km/saat sürətlə üç minə yaxın kiçik damcı buraxır, Dr Bromage deyir. Onların çoxu öz ağırlığına görə yerə düşəcək qədər böyükdür, lakin bəziləri havada uça və otağın əks istiqamətinə çata bilər.Əgər liftdə getdiyiniz insan öskürək əvəzinə asqırırsa, risk 10 dəfə artır.

Asqırarkən insan havaya 320 km/saat sürətlə 30 min hissəcik buraxır, hətta onların ölçüsü nisbətən daha kiçik olduğuna görə otağın uzaq hissəinə rahatlıqla gedib çata bilirlər.

Simptomsuz yoluxdurucular

Biz bilirik ki, virusa yoluxandan ilk beş gün müddətində insanlarda simptomlar olmur, bəzilərində hətta daha virusun əlaməti heç olmaya və ya daha sonra ola bilər.İmmunoloq deyir ki, əgər araşdırmalar düzdürsə, deməli siz virusa yoluxmaq üçün tələb olunan dozanı toplamaq üçün Covid-19 daşıyıcısının 50 dəqiqə ərzində havaya buraxdığı bütün hissəcikləri içinizə çəkməlisiniz.

Nəticə etibarilə, demək olar ki, eyni otaqda olduğunuz insan asqırmır və öskürmürsə, yoluxma riski elə də böyük deyil. Bununla yanaşı, evdən kənarda virusa yoluxma hallarının çoxu virus simptomları olmayan insanlarla qurulan əlaqələrin nəticəsində baş verir.

Hansı yerlər daha təhlükəlidir?

Əlbəttə ki, virusa yoluxma riski ilə ən çox üz-üzə qalanlar peşələrinin tələb etdiyi üzrə insanlarla ən çox ünsiyyət quranlardır. Doktor Bromage təhlükəli yerlərə həm də açıq ofis mühitini, idman və əyləncə tədbirlərini, qonaqlıqları, yas mərasimlərini və xor məşqlərini əlavə edir. Bütün bu hallarda insanların aralarında virus daşıyıcısı olduğu halda qapalı yerlərdə çox vaxt keçirdiyi üçün virusa yoluxma riski yüksəkdir.(virtualaz.org)

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
Hamısı