Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.
EDNews.net-in məlumatına görə, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.(apa)