Azərbaycanda hava nə vaxt isinəcək? - Açıqlama | Eurasia Diary - ednews.net

12 İyul,


Azərbaycanda hava nə vaxt isinəcək? - Açıqlama

Cəmiyyət A- A A+

“Mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...