Millət vəkili Azay Quliyev yerli QHT-ləri BMT ilə əməkdaşlığa çağırdı

Cəmiyyət 18:49 26.05.2020

Ötən həftə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirildi. Qeyd olunduğu kimi, 150-dən çox vətəndaş cəmiyyəti qurumu nümayəndələrinin iştirak etdiyi müzakirələrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də iştirak edib. 

Vebinarda çıxış edən millət vəkili A. Quliyev öz çıxışına Azərbaycanla BMT arasında əməkdaşlığın uğurlu inkişafından söz açmaqla başlayıb. 

EDNews.net həmin çıxışın tam mətnini sizlərə təqdim edir:

Əziz dostlar və həmkarlar!

İlk növbədə belə bir əhəmiyyətli video konfransı təşkil etdiyinə görə hörmətli Umud Rəhimoğluna təşəkkür edirəm. Həmçinin, ona Azərbaycandakı qurumları BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) üzvlüyünə daxil olmaq və BMT-nin digər müvafiq strukturlarında iştirakına təşviq etmək üçün göstərdiyi ciddi səylərə görə minnətdarlığımı bildirirəm. 

2011-ci ildə 155 ölkə tərəfindən BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçilməsini vurğulayaraq Azərbaycan parlamenti ilə BMT arasında yüksək səviyyəli əlaqələri qeyd etmək isərdim. Bundan əlavə, Azərbaycan bu yaxınlarda 120 ölkənin hökumət və dövlət başçılarının təmsil olunduğu Qoşulmama hərəkatının onlayn Zirvə görüşünü təşkil edib. Bu görüşdə BMT Baş Katibi Antonio Quterreşin nitqi dinlənilib. Sammit iştirakçıları BMT Baş Katibinin COVİD-19 ilə mübarizəsi üçün irəli sürülmüş planlarına tam dəstək nümayiş etdirib.

Əziz həmkarlar, bildiyiniz kimi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları hər zaman BMT-nin layihələrində fəal iştirak edib. Azərbaycanın ECOSOC-a üzv olan 16 QHT-sinin xarici tərəfdaşlarla yaxından işləməsi çox təqdirəlayiqdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə BMT qurumları arasında da əməkdaşlıq səviyyəsi öz sıxlığı və məhsuldarlığı ilə fərqlənir. BMT-nin ölkəmizdəki nümayəndəliyi və ixtisaslaşmış qurumları ilə birlikdə bir sıra birgə layihələr uğurla həyata keçirilib. Şura hər zaman Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq səviyyədə daha geniş təmsil olunmasını təşviq edir. Şura hər il bir çox yerli QHT-lərin BMT, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların yüksək səviyyəli tədbir və görüşlərində iştirakı üçün onlara xarici səfər qrantları ayırır. BMT qurumları ilə QHT-lər arasında mümkün əməkdaşlıqdan danışarkən qeyd etmək lazımdır ki, Şura elektron və ya rəqəmsal hökumət sahəsində BMT ilə əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə olduqca diqqət yetirdiyini qeyd etmək lazımdır. 

Böyük məmnuniyyətlə Hökümət – QHT - Vətəndaş" üçtərəfli əməkdaşlığının tamamilə yeni bir modeli olan və Şuranın 20 elektron xidmətini bir araya gətirən "SƏLİS" Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemini təqdim etdiklərini və bununla da Şuranın fəaliyyətinin e-hökumətə tam keçidinə nail olduqlarını vurğulayıram. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzaiyə SƏLİS-in təqdimat mərasimində bu Sistemin tezliklə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsinin mümkün olacağını bildirdiyinə görə təşəkkür edirəm. Onu da qeyd etmək istərdim ki, biz cənab İshaqzai və BMT-nin müvafiq qurumları ilə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

Əziz dostlar, bildiyiniz kimi COVİD-19 pandemiyası beynəlxalq gündəmin əsas məsələsinə çevrilib. Bununla əlaqədar, Şura 11 ölkədən olan vətəndaş cəmiyyəti təşkilatları ilə video konfrans keçirərək onların pandemiya ilə mübarizədə milli təcrübələrini müzakirə edib.  Konfransda Ümumdünya Səhiyyə Təşkilatına (BST) Bəyanat ünvanlanıb və pandemiya və post-pandemiya dövründə birgə fəaliyyət planı barədə ÜST-ə məlumat verilib.

Əziz dostlar, Şura ECOSOC-un məqsədlərini və missiyasını dəstəkləyir və biz  bu beynəlxalq quruma üzv olmaq istəyən hər bir yerli QHT-yə lazımi maliyyə, metodik, konsultativ və texniki yardım verməyə hazırıq. BAMF-ın prezidenti Umud Rəhimoğlunun böyük təcrübəsini və onun rəhbərlik etdiyi təşkilatın müvafiq resurslarını nəzərə alaraq Azərbaycan QHT-lərinin ECOSOC-a üzvlüyünün təşviqi prosesinin koordinasiyasını ona həvalə edilməsi təklifini vermək istərdim. İnanıram ki, BAMF tərəfindən təşkil edilə biləcək seminar və məlumat sessiyaları Azərbaycanın vətəndaş cəmiyyətinin bu qurumda daha geniş təmsil olunmasına töhfə verə bilər. QHT-lərin ECOSOC çərçivəsində məşvərətçi statusu almaq üçün son müraciət tarixinin 1 iyun 2020-ci ilin olduğunu nəzərə alaraq hesab edirəm ki, bütün texniki detalları razılaşdırmalı və bu tədbirləri ən qısa müddətdə başlamalıyıq.

Yerli QHT-ləri istənilən qeyri-hökumət təşkilatı üçün böyük bir üstünlük olan ECOSOC üzvlüyünə müraciət etməyə çağırıram. Bunun sayəsində onlar müxtəlif vacib mövzularda beynəlxalq tədbirlərdə iştirak etmək və əlbəttə ölkəmizi beynəlxalq arenada təmsil etmək, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yürütdüyü işğalçılıq siyasəti barədə daha geniş auditoriyanı məlumatlandırmaq və bu məsələ ilə bağlı BMT-yə ətraflı alternativ hesabatlar təqdim etmək üçün daha böyük imkanlar qazanacaqlar. Yekunda Şura ilə BMT-nin müvafiq qurumları arasında daha sıx əməkdaşlığa ümidvar olduğumu bildirmək istərdim.

Onu da qeyd etmək istərdim ki, Şura və BMT-nin Bakı Ofisi, Minilliyin İnkişaf Məqsədlərinin icrasında vətəndaş cəmiyyətinin iştirakını artırmaq məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalamağa, eyni zamanda bununla bağlı lazımi maddi və texniki yardım göstərməyə hazırdır. 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Həbsdə olan jurnalist Cəmil Məmmədliyə hökm oxundu
15:40 17.04.2024
Hamısı