DİN-dən əməliyyat: - Şəkidə bir tona yaxın çətənə kolu məhv edildi | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


DİN-dən əməliyyat: - Şəkidə bir tona yaxın çətənə kolu məhv edildi

Cəmiyyət A- A A+

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib. 

Çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.(oxu.az)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...