Millət vəkili Ceyhun Məmmədov: "Yeni gənclik yetişir hansı ki, bu yeniliklərin tətbiqində maraqlıdır"

Cəmiyyət 22:41 27.05.2020
"Bu gün regionda və dünyada Azərbaycanın nüfuzu günü-gündən günə artır. Ölkəmizə böyük inam və etimad var. Azərbaycan buna həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olub. Bu reallığı nəzərə alan bir sıra beynəlxalq qurumlar, qlobal şirkətlər Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər". 
 
Bu fikirləri Shetg.az-a  millət vəkili Ceyhun Məmmədov  deyib.  Qlobal bazarlarda  gedən ciddi proseslər və imza atılan   mühüm yeniliklərə toxunan deputat hesab edir ki,  Azərbaycan da bu inkişafdan geri qalmayaraq bütün sahələrdə yeni texnologiyaların, innovasiyaların tətbiqinə çalışır:
 
"Sözsüz ki, mürəkkəb texnoloji tələblərə cavab verən sistemlərin qurulması müasir texnologiyaların, yeniliklərin tətbiqinə, təhlükəsizliyin təmin olunmasına, sözügedən sahələrdə qənaətə və inkişafa öz töhfəsini verəcək. Qeyd edim ki, Prezident İlham Əlyevin siyasətində insanların təhlükəsizliyi və sağlamlığı prioritet istiqamətlərdən birini təşkil edir. Prezident bütün çıxışlarında bu məsələləri xüsusi vurğulayır. Biz bunu pandemiya dövründə, eləcə də ölkəmizdə bütün sahələrdə həyata keçirilən siyasətdə açıq görürürük. Bunun üçün gərəkən addımlar hər zaman atılır. Mayın 22-də “Signify”  şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbər şəxsləri arasında baş tutan videokonfrans da göstərir ki, şirkətlə əməkdaşlıq  bu məqsədə xidmət edir. 
Azərbaycanın bu səyləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Biz dəfələrlə şahidi olmuşuq ki, beynəlxalq qurumların və qlobal şirkətlərin rəhbərləri Prezident İlham Əliyev haqqında yüksək fikirlər söyləyirlər. Bu həm də ölkəmizə göstərilən böyük diqqətin və önəmin göstəricisidir". 
 
Deputatın sözlərinə görə, Azərbaycanda əldə edilən təhlükəsizlik və ictimai-siyasi sabitlik xarici şirkətlərin ölkəmizə marağını daha da artırır. Sərmayenin yatırılması və əməkdaşlığın qurulmasında bu kimi amillər ciddi rol oynayır:
 
"Azərbaycanın yeni texnologiyalar və innovasiyaların tətbiqi, bütün sahələrdə inkişaf və yeniliyin tətbiqi ilə bağlı konkret hədəf və məqsədlər vardır. Ölkə başçısı bu istiqamətdə səylə çalışır. Azərbaycan qısa müddətdə bu sahədə də böyük uğurlara imza atacaq. Bunu etmək üçün ölkəmizdə kifayət qədər potensial və imkan var. Yeni gənclik yetişir hansı ki, bu yeniliklərin tətbiqində maraqlıdır. Öyrənməyə, tətbiq etməyə çalışır. Bu eyni zamanda sözügedən sahədə səmərəliliyə və artıma öz töhfəsini verəcək".
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı