Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti mayın 31-i saat 00.00-dan bərpa olunur.
EDNews.net-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın qərarında bildirilir.
Qərara əsasən, bununla belə, iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.