Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri MƏQALƏ

Cəmiyyət 09:43 30.05.2020
XIX əsrin sonu – XX əsrin əvvəli dünyada bir çox ciddi dəyişikliklərinbaş verməsi ilə yadda qaldı. İqtisadi vəziyyət ağırlaşdı, ölkəni tətil hərəkatları bürüdü və siyasi hakimiyyət zəiflədi. Ölkə rəhbərliyibu gerçəkliyi nəzərə alaraq, ciddi siyasi qərarlar qəbul etdi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli deyildi.
 
Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə qonşu xalqlara nisbətən Azərbaycanda vəziyyət daha dözülməz idi. Qonşu ölkələrdə milli məktəblər, kilsələr, milli mətbuat, müxtəlif xeyriyyə cəmiyyətləri fəaliyyət göstərdiyi halda, bunlar Azərbaycan xalqı üçün qadağan edilmişdi. Xristian kilsəsinə etimad və qayğı göstərildiyi halda, Azərbaycanda məscidlərtəqib olunurdu.
 
11dekabr 1905-ci ildə II NikolayDövlət Dumasının çağırılması barədə qərar qəbul etdi vəQafqaz müsəlmanları Dumada iştirak etmək hüququ qazandı. Azərbaycan ziyalıları bu tarixi fürsətdən yararlanaraq siyasi proseslərdə fəal iştirakavə müstəqillik üçün təşkilatlanmağa başladılar. Bu məqsədlə davamlı olaraq mətbuatda xalqı oyanışa və birləşməyə çağıran yazılar dərc olunur, yaranmış tarixi fürsətdən mümkün qədər yararlanmaq təbliğ edilirdi. Bu çağırışlar XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın müstəqillik qazanmasında xüsusi rol oynadı.
 
1917-ci ilin fevral burjua-demokratik inqilabı çarizmin 300 illik hökmranlığına son qoydu. Bu hadisə Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi.Zaqafqaziyada, o cümlədən Azərbaycanda milli – demokratik hərəkat geniş vüsət aldı. Bu prosesdə milli burjuaziya, xalq ziyalıları fəal iştirak etdilər. Oktyabr çevrilişinin qələbəsindən sonra Polşanın, Finlandiyanın, Ukraynanın, Baltikyanı ölkələrinmüstəqilliyinin tanınması barədə qəbul edilən qərarlar digər bölgələrdə milli demokratik hərəkatı xeyli gücləndirdi, milli dövlət quruculuğu hərəkatıdaha geniş əraziləri əhatə etdi,öz milli dövlət quruluşunu yaratmaq bu hərəkatın əsashədəflərindənbirinə çevrildi.
 
Millətçilik hərəkatının geniş vüsət aldığı bir dövrdə Azərbaycanda milli azadlıq hərəkatının güclənməsindən ehtiyatlanan Rusiya azərbaycanlıları Osmanlıdan uzaq tutmağa, milli və dini zəmində qarşıdurma yaratmağa, ruslaşdırma siyasəti həyata keçirməyə və türk olduqlarını unutdurmağa çalışırdı. Rusiyada yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar hərbi xidmətə çağırılmır, Çar hökuməti orduda xidmət edən müsəlmanların Osmanlı ordusuna qarşı vuruşmayacağından və silahı rus müstəmləkəçilərinə qarşı çevirə biləcəyindən qorxurdu. Rusiya hakimiyyət orqanları müharibə vaxtı zülmə məruz qalan azərbaycanlılara və digər müsəlmanlara inanmadıqlarından, onların üzərinə ciddi nəzarət qoydu, hətta 1916-cı ilin yayından Azərbaycanda fövqəladə vəziyyət elan edildi. Ümumilikdə müharibənin gedişində Rusiya Azərbaycana xammal mənbəyi, mühüm iqtisadi baza və Türkiyəyə hücum üçün hərbi-strateji məntəqə kimi baxırdı və burada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bütün lazımı tədbirlərihəyata keçirirdi.
 
1917-ci il martın 9-da Cənubi Qafqazı idarə etmək üçün Dövlət Dumasının yerli üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaradıldı. Komitənin sədri rus kadeti V.A.Xarlamov, üzvləri isə azərbaycanlı kadet, sonralar müsavatçı M.Y.Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, erməni kadeti M.Papacanov və rus kadeti P.Pereverzevdən ibarət idi. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Preverzev gürcü menşeviki A.Çxenkeli ilə əvəz edildi.
 
1917-ci il oktyabrın 25-də Peterburqda bolşeviklərin silahlı çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər qurultayında “Sülh” və “Torpaq” haqqında dekretlər qəbul edildi və V.İ.Leninin başçılığı ilə Sovet hakimiyyətinin əsası qoyuldu.
 
1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya xalqlarının hüquqi bəyannaməsi»ni qəbul etdi. Həmin sənəddə Sovet hakimiyyətinin milli siyasətinin əsas prinsipləri elan edildi. Burada keçmiş Rusiya imperiyasının tərkibinə daxil olan bütün xalqların bərabərliyi, öz müqəddəratını təyin etmək hüququ, bütün ictimai,milli və dini imtiyazların ləğv edilməsi, Rusiya ərazisində yaşayan milli azlıqların və etnik qrupların azad inkişafının təmin edilməsi məsələləri öz əksini tapdı.
 
1917-ci il noyabrın 20-də Sovet hökumətiV.İ.Leninin və İ.V.Stalinin imzası ilə “Rusiya və Şərqin bütün müsəlmanlarına müraciət” ünvanladı. Orada müsəlmanların dini adət-ənənələrinin, milli və mədəni təsisatlarının sərbəst və toxunulmaz olduğu, o cümlədən özhəyatlarını azad və maneəsiz yaşamaq hüquqlarının olduğu bildirildi.
 
Bununla Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi, müstəmləkəçilik siyasətinin bütün təzahürlərinə son qoymağa çalışdığı bir şəraitdə suveren Azərbaycan Respublikasını elan etmək üçünəlverişli şəraityarandı. Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan yerli əhalinin əsasarzusuidi.
 
Həmin illərdə istedadlı Azərbaycan gənclərinin gənclərin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verdi. Bu gənclər təhsillərini başa vurub Vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Avropadamütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər tədricən anlayırdılar ki, böyük ideyalara qovuşmaq üçün ilk növbədə özünü dərk etmək, millətinin tarixini, mənəvi dəyərlərini araşdırmaq lazımdır.
 
Bu istiqamətdə müəyyən işlər görülür, milli məktəblər açılır, proqramlar hazırlanır, dərsliklər yazmağa təşəbbüs göstərilir,ayrı-ayrı xarici müəlliflərin ən yaxşı əsərləri Azərbaycan dilinə tərcümə olunurdu.O dövrdə milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əlimərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə və başqaları mətbuatda çıxış edərək xalqın şüurunun oyanmasında, millətin formalaşmasında mühüm rol oynayırdılar. Bu işdə Həsən bəy Zərdabinin və Məhəmməd Əmin Rəsulzadənin millətçilik və dövlətçilik, Cəlil Məmmədquluzadənin demokratiya və azərbaycançılıq ideyaları misilsiz dərəcədə təsir gücünə malik idi.
 
Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasındaTəzəpir məscidi mühüm rol oynadı. Azərbaycan ziyalıları vaxtilə Çar Rusiyasının sünnilərlə şiələr arasında qızışdırdığı ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurultayının çağırılmasını qərara aldı. Bu qərarı hər iki məzhəbin din xadimləri razılıqla qarşıladı və 1917-ci ilin aprelində “İsmailiyyə” binasında (indiki AMEA-nın Rəyasət Heyətinin binası) geniş toplantı keçirildi. Üç gün davam edən qurultaya Şimali Azərbaycanın bütün qəzalarından, o cümlədən Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr dəvət edildi. İclas başa çatdıqdan sonra tədbir iştirakçıları İsmailiyyədənTəzəpir məscidinə yollandılar, yüzlərlə din xadimimüfti və şeyxülislamın iştirakı ilə məsciddə Cümə namazı qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq Çar hökumətinin qızışdırdığı ədavəti aradan qaldırmağa çalışacaqlarına and içdilər.
 
Bundan başqa həmin dövrdə bir sıra regional hadisələr, o cümlədən Rusiya və Osmanlı imperiyalarındakı çaxnaşmalar və bu imperiyaların süqutu, müsəlmanların müstəmləkə əleyhinə çıxışları zəminində yaranan islam birliyi, onun əxlaqi-etik prinsiplərinə əsaslanan İttihadçılıq (ərəb dilində "birlik", "həmrəylik" deməkdir) meydana gəldi. Bu ideya ilk olaraqŞimali Azərbaycanda nəzəri ideologiya kimi ziyalı təbəqə arasında yayıldı. Sonradan “Rusiyada Müsəlmanlıq” təşkilatı yarandı.
 
Qeyd etmək lazımdır ki, hələ 1905-ci il Rusiyada başlamış burjua inqilabından sonra imperiya ərazisində yaradılan ilk dini-siyasi təşkilatlardan biri “İttifaqi müslimin” olmuşdur. Ə.M.Topçubaşovun rəhbərliyi altında 1905-1906-cı illərdə Rusiyanın Peterburq və Nijni Novqorod şəhərlərində təşkilatın üç qurultayı keçirildi. Bu təşkilatın əsas məqsədlərindən biri Rusiya ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunmasına nail olmaq idi.
 
Bu dövrdə Şimali Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Axund Yusif Talıbzadə, Mirzə Əbdürrəhim Talıbov və başqaları İttihadi-İslam ideyasının üstünlüklərindən geniş bəhs edirdilər. Ə.AğayevvəƏ.Hüseynzadəümumislam reallığı ilə yanaşı, bilavasitəŞimalı Azərbaycan gerçəkliyini də özündə əks etdirən baxışları ilə İttihadi-İslamı yeni orijinal fikirlərlə zənginləşdirmişdilər. Şimali Azərbaycanda İttihadi-İslam ideologiyasına əsaslanan siyasi partiya və təşkilatlar məhz bundan sonra təşəkkül tapdı. Ona görə də Rusiya imperiyasında İslam birliyi ideyasına, onun hər cür təzahürünə qarşı panislamizm damğası vurulur, ona qarşı amansız mübarizə aparılırdı. Pravoslav əhaliyə daha geniş hüquqlar verilir, müsəlmanlar arasında xristianlıq zorla yayılırdı.
 
Bir müddət sonra Rusiyada yaradılmış müsəlman təşkilatı ilə “İttihadi-İslam” birləşərək “Müsəlmanlıq” adlı qəzet nəşr etməyə başladı. Daha sonra isə Ceyhun Hacıbəyovun redaktorluq etdiyi “İttihad” qəzeti partiyanın orqanına çevrildi. 1919-cu ilin aprelində keçirilən ilk qurultayda partiya özünü “Qafqaz ittihad firqəsi” adlandırdı. 1920-ci ilin yanvar ayının 25-də ikinci qurultayını keçirən partiyanın sıralarına müsavat partiyasının bir çox üzvü daxil oldu.
 
Çar Rusiyası ölkə ərazisində yaşayan müsəlmanların birləşməsi təhlükəsindən narahat idi.Hökumətbu təhlükəni ciddi təhlil edərək müsəlmanların birliyinin qarşısını almaq məqsədilə müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirdi. 1910-cu ildə Rusiya imperiyasının daxili işlər nazirinin Çar Nazirlər Şurasına göndərdiyi məktubunda deyilirdi: "Bir çox daxili və xarici siyasətlərin təsiri altında sonzamanlarda Krım, Volqaboyu, Qafqaz və Zauralye tatar-müsəlman əhalisi arasında milli-dini təbliğatın gücləndiyi özünü göstərir. Təkcə Rusiyadakı müsəlman aləminin dini və mədəni müstəqilliyinə deyil, həm də dövlətin şərq ucqarlarındakı bütün müxtəlif tayfalı və müxtəlif etiqadlı «yadların» tatarlaşmasına və müsəlmanlaşmasına cəhd edilməsi yolunda müəyyən istiqamət şəklini alan bu təbliğat dövləti narahat etməyə bilməz".
 
Bu reallığı nəzərə alan Çar hökuməti bir tərəfdən tabeliyində olan müsəlman xalqları arasında pravoslavlığı yayır, digər tərəfdən müsəlman ölkələrindəki missionerlərin, rəsmi nümayəndəliklərinin köməyi ilə islam aləmini öyrənir, İngiltərə və Fransa kimi müstəmləkəçi ölkələrin müsəlman vilayətlərini idarə etmək metodlarına yiyələnir, islam ideologiyasına qarşı mübarizə pərdəsi altında xalqların milli-mədəni dirçəlişinə qarşı mübarizə aparmaq üçün planlar hazırlayırdı. Müsəlmanlar arasında baş verən siyasi və mədəni hadisələrin mahiyyətini düzgün təhlil etmək məqsədilə müvafiq idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirilirdi.
 
Bütün bunlara baxmayaraq, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil respublikanın yaradılmasını elan etdi.Bəyanatda deyilirdi:
 
“Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşları vətəndaşlıq və siyasi hüquqlarla təmin edir. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir. Müəssislər məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur. “İstiqlal bəyannaməsi” Azərbaycan xalqının millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa-millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Azərbaycan Cümhuriyyətinin yarandığı gündən Sovet Rusiyası bu cümhuriyyəti tanımamaq siyasəti yeritməklə əlində olan bütün vasitələrlə ona qarşı mübarizə aparmağa başladı. Çünki Sovet Rusiyası meydana gəldiyi ilk gündən etibarən “vahid və bölünməz Rusiya” prinsipindən çıxış edirdi. Lakin 1918-ci ilin yayında Sovet Rusiyasının Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərə təsir etmək imkanı çox məhdud olduğundan, bolşeviklər bu dövrdə bütün diqqətini Bakıya yönəldib heç olmasa Sovet hökuməti üçün həyati əhəmiyyət daşıyan bu şəhəri əllərində saxlamağa cəhd edirdilər.
 
1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi.
 
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə Bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi burayaköçürüldü. Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı.
 
Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasındaTəzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31-də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan "İsmailiyyə” binasını, “Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yandırıb külə döndərdilər.
 
1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsinəTəzəpir məscidi rəhbərlik etdi. Azərbaycan xalqına qarşı həyata keçirilən bu müsibətlərdə milli ruhlu ziyalıların əksəriyyəti Təzəpir məscidinə gələrək əhalini səbirli və dözümlü olmağa çağırdılar.
 
Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşeviklərdən azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşa Təzəpir məscidinin axundu Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi.
 
1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni сərəyanbaşçılarının yığıncağıkeçirildi. MuftiHüseyn Qayıbzadə 1917-ci ildədünyasını dəyişdiyindən və bu, çar Rusiyasının dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni mufti təyin edilməmişdi. Müftinin vəzifəsini İdarənin yığıncağında işçilər tərəfindən seçilən Mustafa Əfəndizadə icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə ilə yaxın münasibətdə idi və uzaqgörən, millətini sevən, müdrik şeyxülislama dərin hörmət bəsləyirdi. 1918-ci ilin 30 oktyabrında Şeyxülislamın imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölmədən ibarət idi:
 
Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” adlı ruhani idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin; 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən birinə Şeyxülislam, digərinəmüstəşar, yaxud müşavir adı verilsin. Şeyxülislam iclaslarda iştirak etmək hüququ qazanaraq rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
 
4. Ruhani heyətin komplektləşdirilməsiüçün Məşixətinbirbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımızla fövqəladə yığıncaq çağırılsın.
 
Bu, Pişnamazzadənin müstəqil dövlətimizəgöstərdiyi xidmətin nəticəsi idi. Belə ki, dini rəhbərlər hökumətin mövqeyini gözləmədən,özləri hər iki idarənin birləşdirilməsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Türkiyə nümunəsi əsasında “Məşixət” adıilə yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. 1918-ci il 1 sentyabr tarixli birgə qərar ilə hər iki idarə vahid bir idarədə birləşdirildi.
 
1918-ci il sentyabrın 15-dəBakının işğaldan azad olunmasından sonra MəşixətinBakıya köçürülməsi qərara alındı.Molla MəhəmmədPişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və Şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə ZaqafqaziyaMüsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.
 
1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətininbir illiyi milli bayram kimi qeyd olundu. Həmin gün xalqa müraciətində Şeyxülislam Ağa Əlizadə deyirdi: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanınbuyurduqlarını, yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar".
 
Şeyxülislam Ağa Əlizadə 1919-cu il sentyabrın 15-də Çəmbərəkəndqəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəbhəsinə gedən yüzlərlə əsgəri Quranın altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi. Milli hökumət 1919-1920-ci illərin 31mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislam Ağa Əlizadənin göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu.
 
Sonda qeyd edək ki, XI Qızıl Ordu Şimali Azərbaycanı işğal edənədək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddətdə iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirdi, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər gördü. Ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutdu.
 
Azərbaycan Demokratik Respublikası milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı. Cümə günü istirahət günü elan edildi, dini bayram günlərində bütün dinlərin nümayəndələri işdən azad olundu. Hökumət din sahəsində də islahatlar həyata keçirdi. Hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.
 
Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət teatrı fəaliyyətə başladı, maarifi və milli mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin, təşkilatların, ittifaqların fəaliyyəti geniş vüsət aldı. “Türk ocağı”, “Nəsiri-Maarif”, “Mədəni-maarif” cəmiyyətləri geniş fəaliyyətə başladı.
 
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar təbliğat işini xeyli gücləndirdilər. Onlar Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair mühazirələr təşkil edir, kitablar nəşr edirdilər.
 
Bu dövrdə azərbaycançılıq ideyası öz təzahürünü milli dövlətin yaranmasında və onun dövlət və ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdı.
 
Bütün bunları nəzərə alaraq, Azərbaycan xalqının milli mənlik şüurunun inkişafı üçün böyük əhəmiyyətini, tariximizin bu səhifələrinə elmi və ictimai marağı nəzərə alaraq Ümummilli Lider Heydər Əliyev 28 may gününü Azərbaycan Dövlət quruluşunun dirçəliş günü elan etmək barədə fərman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqındasərəncam imzalamışdır.
 
Ceyhun MƏMMƏDOV
 
İlahiyyat üzrə fəlsəfə doktoru
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Nikol Paşinyanın son çıxışları kəndlərin Azərbaycan nəzarətinə verilməsinə işarədir - ŞƏRH
15:20 19.03.2024
PKK-nın liderlərindən biri ZƏRƏRSİZLƏŞDİRİLDİ
15:15 19.03.2024
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
15:00 19.03.2024
Umud Mirzəyev: "Avropa strukturları 30 ildə qaçqınlarımıza bir dəfə də olsun bu diqqəti göstərmədilər"
14:50 19.03.2024
Bayram günlərində hava NECƏ OLACAQ?
Bayram günlərində hava NECƏ OLACAQ?
14:48 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Hamısı