İctimai liderlərin koronavirusla bağlı əhaliyə MÜRACİƏTİ

Cəmiyyət 12:44 31.05.2020

35 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması koronavirus pandemiyasının yayılması ilə bağlı yaranmış vəziyyətlə əlaqədər ölkə əhalisinə müraciət ünanlayıb.

EDNews.net  həmin müraciəti təqdim edir:

Əziz həmvətənlər!

Sizə ölkəmiz və ümumilikdə, dünya üçün mürəkkəb və çətin bir dövrdə, dövlətimizi və cəmiyyətimizi narahat edən təhlükə ilə bağlı 35 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması adından çağırış-müraciət etmək zərurəti yaranmışdır.

Çox təəsüf ki, hal-hazırda bütün yer üzünü bürüyən müdhiş bir bəla – koronavirus pandemiyası hər gün minlərlə insanı öz cənginə alır, gündən-günə insanların həyatdan getdiyi xəbərlərini ürək agrısı ilə eşidir və bundan çox kədərlənirik.

Bizim ölkəmiz bu bəla ilə mübarizədə ölkə Prezidentinin birbaşa təşəbbüsü ilə vaxtında, operativ və dəqiq müəyyənləşdirilmiş qərarlar, atılan ciddi addımlar nəticəsində daha az itki verdi, xəstəliyin təsir dairəsini xeyli məhdudlaşdırdı və bu nəticələr bir çox ölkələr üçün nümunə kimi qiymətləndirildi. Dövlət öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək, bütün qabaqlayıcı tədbirləri həyata keçirdi, karantin rejimini elan etdi, xarici sərhədləri bağladı, xüsusi fond, maska istehsalı ilə bağlı müəssisələr yaradılmasına dəstək verdi, müayinə və müalicə üçün yeni tibbi kompleks tikdi, xəstəxanaları səfərbər etdi, sosial dəstək aksiyaları və digər təxitəsalınmaz tədbirləri həyata keçirdi.

Lakin, buna baxmayaraq, son müşahidə etdiyimiz proseslər və nəticələr həyəcan təbilini çalmağa, təcili tədbirlər görməyə, hər birimizi ciddi düşündürməyə əsas verir. Xəstəlik əksər yaşayış məntəqələrimizdə surətlə yayılmaqda davam edir, onun təsir dairəsi və coğrafiyası genişlənir. Bu əlbəttə ki, həyatımızın bütün – təhsil, elm, mədəniyyət, səhiyyə, sosial, iqtisadiyyat, istehsalat və s. sahələrdə ciddi problemlər yaradır. Vətəndaşların yaşam tərzində, hüquqlarında, hərəkətində müəyyən məhdudiyyətlərin qoyulmasına səbəb olur.

Əziz həmvətənlər! Təcrübə göstərdi ki, bu amansız yoluxucu xəstəliklə mübarizə tək dövlətin gücü ilə mümkün deyil. Ölkə əhalisinin, hər bir vətəndaşın lazımi dəstəyi, məsuliyyəti, töhvəsi olmadan bu bəladan itkisiz qurtula bilmərik. Dövlətin gördüyü tədbirlər ahəngdar olaraq əhalinin fəaliyyəti ilə tamamlanmalıdır. Çox təəsüf ki, çoxumuz əksini edirik.

Dünyanın əksər ölkələrində əhali bu xəstəliklə ölüm-dirim mübarizəsində olarkən əhalimiz, sakinlərimiz qəbul olunan qərarlara etinasızlıq, məsuliyyətsizlik göstərir, hətta, təəsüf ki, aramızda can alan bu xəstəliyə inanmayanlar və bunu təbliğ edənlər də tapılır.

Bütün çağırışlara baxmayaraq, insanlar küçədə maska taxmadan gəzir, nəfəs-nəfəsə alver edir, biri-biri ilə sosial məsafə saxlamadan yaxından təmasda olur, növbələrə durur, hətta, evlərdə məclislərə, parklarda kütləvi toplaşmağa, kütləvi tədbirlərə belə əl atırlar.

Dəyərli həmvətənlər! Biz hamımız birlikdə, şüurlu şəkildə, mövcud tələblərə uyğun davranmasaq bu cağrılmamış qonağın – koronavirusun caynağından qurtara bilməyəcəyik. Ölüm saçan bu təhlükə ölkəmizdə, şəhər-kəndlərimizdə, küçələrimizdə dəhşətli bir kabus kimi dolanmaqdadır! Bu gün həyatımız tək dövlətin, cəmiyyətin əlində deyil, həm də əsas hər birimizin öz əlindədir. Hər bir adamın etdiyi etinasızlıq yüzlərcə insanın həyatına son qoya bilər.

Hamınızı xəstəliklə ciddi mübarizəyə, “Ehtiyatlı ol!” rejiminə keçməyə, özümüzü və əzizlərimizi təhlükədən qoruyaraq, həyatımızı xilas etməyə səsləyirik.

Ölkəmizin, xalqımızın gələcəyi, genofondumuzun təhlükəsizliyi naminə, hamınızı bu çağırışlara ciddi yanaşaraq, qoyulan qaydalara məsuliyyətlə əməl etməyə – maska taxmağa, sosial məsafə saxlamağa, ehtiyac olmadıqda küçəyə çıxmamağa, tibbi gigiyenik və sanitar epidemoloji qaydalara əməl etməyə, son dərəcə ehtiyatlı olmağa çağırırıq!

Yalnız birgə həmrəyliyimiz, birliyimiz, sosial və vətəndaşlıq məsuliyyətimiz bizi bu ümumi bəladan qurtara bilər!

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Hamısı