Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı

Cəmiyyət A- A A+

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar olaraq, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

EDNews.net  xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Bildirilib ki, alternativ olaraq sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...