Poçt rabitəsinin yaradılmasından 202 il ötür

Cəmiyyət 10:38 01.06.2020

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı, Şuşa şəhərlərində 1-ci dərəcəli poçt kontorları, 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaradılıb.

Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə gündəlik daşınması 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlayıb. Poçtun dəmiryolu və dəniz nəqliyyatı ilə daşınması Azərbaycanda poçt rabitəsinin inkişafına xeyli dərəcədə təkan verib.

1918-ci il 6 oktyabrda Poçt və Teleqraf Nazirliyinin yaradılması ilə Azərbaycan poçtunun yeni inkişaf dövrü başlayıb. Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb.

II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə yüksələrək 524-ə çatdırılıb.

Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artan poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib. Fədakar poçt işçiləri bu işin öhdəsindən məharətlə gəlib. 1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu, beynəlxalq poçt göndərişlərinin hərəkətinə və qorunub saxlanmasına imkan yaradıb.

Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib. XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb. Belə ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin apardığı daxili siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edildi və bütün sahələrdə olduğu kimi, poçt rabitəsinin inkişafına nail olundu. Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan poçtu ən böyük uğurlara imza atır.

“Azərpoçt” respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olduğuna görə onun üzərinə böyük vəzifələr düşür. Bu baxımdan bizim missiyamız həm fərdi şəxsləri, həm də biznes qurumlarını geniş çeşiddə və mümkün qədər daha böyük ərazidə keyfiyyətli poçt-maliyyə xidmətləri ilə tam təmin etməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malikdir. Hazırda qurumun 63 Poçt filialı, 7 Rabitə qovşağı, 3 törəmə müəssisəsi, 1497 Poçt şöbəsi və 84 Poçt agentliyi mövcuddur.

Bir sıra nüfuzlu təşkilatların üzvü olan “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatoru arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə Qızıl səviyyəli sertifikata layiq görülüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb. “Şəbəkə” xidmət mərkəzlərində nazirliyin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Hazırda respublika üzrə 10 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi (2) və Xəzər rayonlarında, digər 4-ü Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərində yerləşir. Hazırda “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə

etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.

Qeyd edək ki, “Azərpoçt” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən bir sıra sosial layihələrə dəstək verib. Heydər Əliyev Fondunun başladığı “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən sosial aksiya çərçivəsində, eyni zamanda müqəddəs Ramazan ayı müddətində aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi poçt şöbələrində də uğurla həyata keçirilib. Layihə üzrə 590 mindən artıq vətəndaşa aprel ayı üçün ödənişlər “Azərpoçt” MMC tərəfindən təqdim edilib.

Xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etmək üçün Bakıətrafı qəsəbələrdə səyyar poçt xidməti təşkil olunub.

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, fermerlərə qayğı göstərmək məqsədilə dəstək kampaniyası həyata keçirilib. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün “Fermer kartları”nın “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılması təmin olunub.

Bu gün “Azərpoçt” MMC, Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərir. 169 Çağrı Mərkəzi vasitəsilə 24 saat ərzində vətəndaşların sualları cavablandırılır, təklifləri eşidilir və dəyərləndirilir. Bir sözlə, “Azərpoçt” MMC bu gün də quruda, dənizdə və havada fəaliyyətini uğurla davam etdirir.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi poçt şöbələrində də uğurla həyata keçirilib. Layihə üzrə 590 mindən artıq vətəndaşa aprel ayı üçün ödənişlər “Azərpoçt” MMC tərəfindən təqdim edilib.

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı