Cəlilabad rayonunun Badamağacı kəndində modul tipli məktəbin tikintisi zamanı yeni maddi mədəniyyət nümunələri aşkar edilib.
Kult.az xəbər verir ki, ərazidə qazıntı işləri aparılarkən 1,5 metr dərinlikdən 3 saxsı qab aşkarlanıb.
Aşkar edilmiş maddi mədəniyyət nümunələri Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.