Qəbul imtahanları ilə bağlı - MÜHÜM YENİLİK | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Qəbul imtahanları ilə bağlı - MÜHÜM YENİLİK

Cəmiyyət A- A A+

“Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək”.

EDNews.net-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hər həftəsonu ən azı dörd növ imtahan keçiriləcək:

“15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15 abituriyent otura biləcək”.

Sədr bildirib ki, ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib:

“İyun ayının 5-dək sənəd qəbulu davam edəcək. Hazırkı statistikaya əsasən, 75 692 nəfər sənəd verib. Onların 12 853-ü əvvəlki illərin məzunudur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...