Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Dövlət Himni ifa ediləcək.
EDNews.net xəbər verir ki, bu barədə 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinin dördüncü hissəsinə bu məzmunda cümlə əlavə edilib.