Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, müvafiq olaraq Gürcüstanın mərkəzi və şərq hissələrində Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında milli rəqabəti qızışdırmağa çalışan insanlar və şəxslərin olduğunu söyləyib.
Bu barədə EDNews.net Gürcüstan mediasına istinadən xəbər verir.
"Bu insanlar müəyyən məsələlərdən istifadə edərək etnik gürcülər və azərbaycanlılar arasında münaqişə yaratmaq üçün yanlış və təcavüzkar çağırışlar edirlər" deyə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bildirib.
Agentlik bildirir ki, bir qrup insanlar və müəyyən şəxslər etnik azərbaycanlıları ölkədə etnik gürcülərin daha hörmətli və imtiyazlı olduğuna inandırmağa çalışırlar.
Təhlükəsizlik xidməti bildirir ki, onlar irqi ayrıseçkilik məsələsini araşdırılar. Belə ki, milli ayrıseçkilik dedikdə onlar hansı qrupların milli şərəfi alçaldaraq milli və irqi ayrıseçkilik yaratdığını müəyyən etməyə çalışırlar. Eyni zamanda insan hüquqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması və ya irqi, milli və ya etnik mənsubiyyətinə görə şəxslərin üstün tutulması kimi faktlar da Təhlükəsizlik xidməti tərəfindən araşdırılır.