Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət A- A A+

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  EDNews.net-ə verilən məlumata görə, bugün saat 12:00-dək sənəd verən şagirdlərin sayı 52660 nəfərdir. Onlardan 50004 nəfəri Azərbaycan, 2656 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...