Nazirlikdən kütləvi ixtisarlarla bağlı - RƏSMİ AÇIQLAMA | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


Nazirlikdən kütləvi ixtisarlarla bağlı - RƏSMİ AÇIQLAMA

Cəmiyyət A- A A+

“Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb”.

EDNews.net   xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən informasiya yayıb.

“Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, dünən Milli Məclisin növbədənkənar iclasında deputat Aqil Abbas Ağcabədiyə kitabxana əməkdaşlarının ixtisarı ilə bağlı göstəriş gəldiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...