AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib

Cəmiyyət A- A A+

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib

EDNews.net xəbər verir ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 XI sinif şagirdi iştirak edib.

Rektor Vilayət Vəliyev şagirdləri salamlayıb və şagirdlərə  Onlara olimpiada haqqında ətraflı məlumat verib. Olimpiadanın keçirilməsində məqsəd mühəndis ixtisasına marağı artırmaqdır:-deyə Vilayət Vəliyev bildirib.

Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.

Müsabiqədə abituriyentlərə fizika və riyaziyyat fənlərinin hər biri üzrə 2, kimya və informatika fənlərinin hər biri üzrə 1 sual təqdim olunub. 

Qaydaları pozan, köçürməyə cəhd edən iştirakçılar müsabiqədən uzaqlaşdırılıb.

Qeyd edək ki, olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət yaradılan işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra elan ediləcək.

Qaliblərə müxtəlif hədiyyələr və sertifikat təqdim olunacaq. Bundan əlavə, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...