Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib.
EDNews.net-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb.
Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.
E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.
Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.(apa)