“Ailə inkişaf planı” hazırlanacaq | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


“Ailə inkişaf planı” hazırlanacaq

Cəmiyyət A- A A+

Dövlət uşaq müəssisələrinə azyaşlıların düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Ailə inkişaf planı” hazırlanacaq.

EDNews.net  xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, "Ailə inkişaf planı”nın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət müəssisələrinə verən ailələrə ziyarətlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanılıb.

Qiymətləndirmələr bu ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, azyaşlıların ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır.

Həmin qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq "Ailə inkişaf planı” üzrə bu ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.

Qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ikiregional Ailələrə Dəstək Mərkəzinin, UNİCEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, "SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyasının "Bakı Ailələrə Dəstək Mərkəzi”nin sosial işçiləri cəlb edilib.

Onlara Nazirlik tərəfindən onlayn platforma vasitəsilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standartlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...