Sakinlərin NƏZƏRİNƏ! - Metro və avtobuslar işləməyəcək | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Sakinlərin NƏZƏRİNƏ! - Metro və avtobuslar işləməyəcək

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub. 

EDNews.net xəbər verir ki, qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. 

Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...