Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət A- A A+

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  EDNews.net-ə  verilən məlumata görə, bu gün saat 11:30-dək ərizə verən abituriyentlərin sayı 86968-dir. I-IV qrup üzrə 70605 abituriyent ərizə verib. Onlardan 64605-i Azərbaycan, 6000-i rus bölməsindəndir. 

I qrup üzrə indiyə qədər 29950 (27484 nəfər Azərbaycan, 2466 nəfər rus bölməsi), II qrup üzrə  13604 (12267 nəfər Azərbaycan, 1337 nəfər rus bölməsi), III qrup üzrə 22026 (20473 nəfər Azərbaycan, 1553 nəfər rus bölməsi), IV qrup üzrə 5025 (4381 nəfər Azərbaycan, 644 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55316 nəfərdir, onlardan 51699 nəfəri Azərbaycan, 3617-si isə rus bölməsidir. 

Qeyd edək ki, ali məktəblərə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu bu gün başa çatmalı idi. Ancaq DİM tərəfindən sənəd qəbulu iyunun 9-u saat 23:59-dək uzadılıb.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...