Ötən gün Bakıda özünü çoxmərtəbəli yaşayış binasından ataraq intihar edən şəxsin hansı ali təhsil müəssisəsinin tələbəsi olduğu məlum olub.
"Report"un məlumatına görə, hadisə zamanı dünyasını dəyişən 1999-cu il təvəllüdlü Nağdıyeva Günel Bəhram qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi imiş.
“Dövlət sifarişi ilə yüksək balla universitətə qəbul olub. Oxuduğu müddət əzində dərs göstəriciləri, davamiyyəti yaxşı olub. Bir sözlə, nümunəvi tələbə olub. Onun intihar etməsi hər kəs üçün gözlənilməz olub. Bizdə olan məlumata görə, tələbə əslən Şəmkirdən olsa da, Bakıda anası və qardaşı ilə kirayədə qalırmış. Onun yaxınlarına səbr diləyirik, baş sağlığı veririk və lazım olduğu qədər ailəsinə dəstək olmağa çalışacağıq”.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
***
Bakıda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Nağdıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, G.Nağıyeva tələbədir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.