Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Günel Quliyeva bu gün gecə saatlarında özünü 18-ci mərtəbədən ataraq intihar edib.
EDNews.net xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, gənc qızın ölümünə səbəb onun ailəsi tərəfindən istəmədiyi biri ilə evlənməyə məcbur edilməsi olub.
Bu haqda onun tələbə yoldaşları məlumat yayıb.
O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı və nümunəvi tələbə kimi xarakterizə olunurdu.
Faktla bağlı araşdırma aparılır.