Polis səsucaldanlar vasitəsilə xəbərdarlıq anonsu edir: - "Evdə qalın..." - VİDEO | Eurasia Diary - ednews.net

5 İyul,


Polis səsucaldanlar vasitəsilə xəbərdarlıq anonsu edir: - "Evdə qalın..." - VİDEO

Cəmiyyət A- A A+

Ölkədə tətbiq olunmuş tam məhdudlaşdırılma ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları əhaliyə xəbərdarlıq edir.

EDNews.net xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi polis əməkdaşlarının səsucaldanlar vasitəsilə əhaliyə xəbərdarlıq etməsinin görüntülərini yayıb. Bu zaman əhaliyə növbəti iki gün ərzində yaşayış yerini tərk etməyin qadağan olduğu bildirilir:

“Diqqət, diqqət! Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar, şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunmuşdur. Cəmi iki gün evdə qalmaqla siz həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş olursunuz. Bu tələblərin yerinə yetirilməməsi hüquqi məsuliyyət yaradır. Evdə qalın!”  

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...