Nə qədər ki, COVID-19 peyvəndi tapılmayıb və koronavirus hələ də can almaqda davam edir, insanlar bütün mümkün vasitələrlə bu xəstəlikdən qorunmalıdır. Bunun üçünsə sadə təməl prinsiplər var. Qapalı şəraitdə və ictimai yerlərdə - ofislərdə, alış-veriş mərkəzlərində, metro və avtobuslarda tibbi maska taxılmalıdır. Bunu qanun da tələb edir. Statistika göstərir ki, yoluxma faktları daha çox ictimai nəqliyyat və iaşə obyektlərində, marketlərdə qeydə alınır. Ötən gün modul tipli xəstəxanaların açılışında həkimlərlə görüşən prezident İlham Əliyev də insanları məsuliyyətli olmağa çağırıb. Bildirib ki, maskalardan istifadə qapalı şəraitdə mütləqdir. Özünün də bütün qapalı yerlərdə tibbi maskadan istifadə etdiyini deyən dövlət başçısı qeyd edib ki, həkimlərin rəyinə görə maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək kimi amillər insanları 95 faiz qoruyur. Sadəcə vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər.
Mövzu ilə bağlı sualalrımızı Milli Məclisin üzvü, deputat Ceyhun Məmmədov cavablandırıb.