Qarabağ qazilərindən, döyüşçü və ictimai birliklərdən Azərbaycan polisinə DƏSTƏK

Cəmiyyət 15:33 12.06.2020

“Bu gün Azərbaycan polisi ona verilən yüksək dəyəri daima qoruyub saxlayır, öz xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirir”

Hərbiyönümlü Qeyri-hökumət təşkilatları bəyanat yayaraq, pandemiya dövründə Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar insanları qoyulan karantin qaydalarına əməl etməyə, özlərini və yaxınlarını qorumağa dəvət ediblər.

EDNews.net "Musavat.com"a istinadən həmin bəyanatı təqdim edir:

“Bütün dünyanı əhatə edən koronovirus pandemiyası ölkəmizdən də yan keçməyib. İqtisadiyyatımıza vurulan zərbələrə baxmayaraq vətəndaş amilinə daima önəm yetirən dövlətimiz pandemiya ilə əzmkarlıqla mübarizə aparır. Ölkə rəhbəri cənab İlham Əliyevin birbaşa nəzarəti və tapşırqıları ilə həyata keçirilən qarşısı alınmaz tədbirlər nəticəsində minumum itkilərlə bəşəri bəladan qurtulmağa çalışırıq. Xalqımızın sağlamlığı və təhlükəsizliyi dövlət siyasətinin ən əsas prioritetlərindəndir. Belə çətin dönəmdə dövlətimiz vətəndaşların rifahı naminə sosial və digər problemlərin həlli istiqamətində ardıcıl işlər həyata keçirir ki, bu da  dövlət xalq birliyinin möhkəmləndirilməsinə xidmət edir.

Cəmiyyətimizin mütləq əksəriyyəti görülən işləri müsbət qiymətləndirərək, sağlamlığımızın qorunması istiqamətində atılan addımları birmənalı olaraq dəstəkləyir. Bütün kateqoriyalardan olan vətəndaşlarımız sosial media və KİV vasitəsilə çətin dönəmdə öz həyatlarını riskə atan, sağlamlığımızın keşiyində dayanan polis əməkdaşlarına, səhiyyə işçilərinə həm də bu işlə məşğul olan digər şəxslərə minnətdarlıq mesajları verməyə davam edirlər. Çətin keçən karantin dönəmində həkimlərimiz sağlamlığımızın qorunması, polis işçiləri isə asayişin təmin olunması istiqamətində mühüm və danılmaz işlər həyata keçirib. Bu gün xalq olaraq onlara minnətdarlıq borcumuz vardır. Bütün dünyada olduğu kimi ölkəmizdə də ötən həftə yoluxma sayının artmasını nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah həftə sonunda xüsusi karantin rejiminə keçid haqqında qərar verdi. Bu qərar bizim hamımızın sağlamlığı üçün atılmış addımdır. Ona görə də, belə qərarlara hörmətlə yanaşılmalı, qərardan irəli gələn tələblərə hamılıqla riayət etməliyik. Ancaq təəssüflər olsun ki, öncədən qərarlar haqqında məlumatlandırma aparılsa da buna riayət etməyərək özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atan soydaşlarımız polislə qarşıdurmaya səbəb oldular.

 Belə ki, Bakının Yasamal rayonu ərazisində karantin rejimi qaydalarını pozan şəxs dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığına görə saxlanılarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən milli atributları geyimlərində gəzdirən, ictimai asayişi təmin edən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb, təhqiredici ifadələr işlədiblər”.

Bəyanatı yayanlar bildiriblər ki,  bu hörmətsizlik  bütövlükdə dövlətə, milli atributlara və milli mənəvi dəyərlərə qarşı edilən hörmətsizlikdir:

“Təhqirləri edən 11 nəfər soydaşımızın şəxsiyyəti müəyyən edilərək saxlanılıb, məhkəmənin qərarı ilə inzibati qaydada həbs cəzasına məhkum edilib. Həmin şəxslərin saxlanılması zamanı vətəndaşı təhqir edərək ünvanına nalayiq sözlər işlədən polis əməkdaşı təhqir olunan vətəndaşdan üzr istədilərək DİN orqanlarından xaric edilib. Xoşagəlməz hadisənin baş verdiyi gün polisimiz bacısı rəhmətə gedən bir vətəndaşa kömək etdi. Asayişi qoruyan zaman Azərbaycan himninin səsləndiyini eşidən polisimiz hərbi salamlaşma vəziyyətində axıra qədər himnimizi dinlədi. Bir hamilə qadına da kömək olundu və həmin insan maşında uşaq dünyaya gətirdi. Biz sevinməliyik ki, müstəqil dövlətimizin polisləri bizləri qoruyur.

Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin xidmətlərini çox yüksək qiymətləndirib: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”,-deyə ulu öndər bildirib.

Bu gün Azərbaycan polisi ona verilən yüksək dəyəri daima qoruyub saxlayır, öz xidməti borcunu şərəf və ləyaqətlə yerinə yetirir.

Təssüflər olsun ki, vətəndaş-dövlət birliyinə daima qısqanclıqla yanaşan, öz şəxsi mənafeyini milli dəyərlərimizin üstün tutan bir qrup məkrli insanlar baş verən hadisələrdən çirkin niyyətləri üçün istifadə edirlər. Biz – hərbiyönümlü QHT-lər bu kimi halları qətiyyətlə pisləyir, düşmən dəyirmanına su tökən insanların dövlətimizin və dövlətçiliyimizin sarsılmasına xidmət edən əməllərdən çəkinmələrini tələb edirik”.

Bəyanatı yayanlar aşağıdakı təşkilatlardır:

1.    “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi

2.    “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi

3.    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

4.    “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi

5.    “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi

6.    “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi

7.    “Qarabağ Qaziləri” İctimai Birliyi

8.    “20 Yanvar” İctimai Birliyi

9.    Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

10.    “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi

11.    Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

12.    “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi

13.    “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi

14.    “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi

15.    “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

16.    “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi

17.    “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyi

18.    “Qürur Şəhid Ailələri” Xeyriyyə İctimai Birliyi

19.    “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi

20.    “Məcburi-Köçkün Müharibə Veteranları” İctimai Birliyi

21.    “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi

22.    “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyi

23.    “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi 

Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Xəbər xətti

Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Rumıniya parlamenti Qara dənizin minalardan müdafiəsi qrupunda iştirakını təsdiqləyib
21:39 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib
21:30 22.04.2024
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
21:21 22.04.2024
Vladimir Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
21:20 22.04.2024
Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb
21:15 22.04.2024
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
21:00 22.04.2024
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb
20:56 22.04.2024
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
20:50 22.04.2024
Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub
20:44 22.04.2024
Ərdoğan: “Fələstin dövlətinin yaradılması Yaxın Şərqdə sülhün açarıdır”
20:20 22.04.2024
Hamısı