"COVİD-19"dan sürətli yayılan “virus” – STRESS Təranə Paşayeva

Cəmiyyət 13:24 16.06.2020

Sərbəst yaşayış, rahatlıq, istənilən vaxt dünyanın istənilən nöqtəsinə səyahət, eləcə də gündəlik iş rejimi... Bu bildiyimiz və alışdığımız normal həyat tərzidir. 4 aydır var-gəl edən çağırılmamış “qonaq” isə bütün həyat sistemimizi alt-üst edib. Mövcud vəziyyətin insanın psixoloji durumuna təsiri qaçılmazdır. Harasa səyahət bir tərəfə, istənilən vaxt adi marketə gedə bilməmək və bunun aylarla davam etməsi, üstəgəl bu halın məchul müddəti insanda gərginlik, stres yaradır. Axı insan psixologiyasının təməlində yenilikləri və dəyişən çevrəni zamanla tanıma və zamanla ona öyrəşmə prinsipi dayanır. Hər hansı, qeyri - alışıq həyat şəraitini bir insana qısa zamanda qəbul etdirmək o insanda əvvəl aqressiya və stres yaradacaq.  

Elə də oldu. İnsanlar uzun zaman evdə qaldılar. İş həyatına anidən fasilə, yaşayış ünvanını xüsusi nəzarətlə tərk etmə və digər hallar hər bir vətəndaşda psixoloji sarsıntıya səbəb oldu. Əvvəl bu vəziyyətin qısa zaman davam edəcəyi  düşüncəsi hər kəsə motivasiya oldu. İnsanlar pozitivə köklənib karantin rejimində ailədə vaxt keçirərək, evdə məişət işlərilə məşğul olaraq, çoxdan gözlədikləri məzuniyyət günləri kimi qəbul edərək karantin günlərinin bitməsini gözləyirdilər. Amma COVİD 19 səngimək bilmədi və gözləntilərlə olanlar üst-üstə düşmədikcə insanlar gərgin olmağa başladılar. Gərgin və stressli olan insan isə rahatlamaq üçün alternativ yollar axtarır. Nəticədə bəziləri qoyulan qaydalara əməl etmir, əvvəl özünü və yaxınlarını, sonra isə ətrafdakıları düşünmədən ciddi qayda pozuntusuna yol verir, hətta ətrafı və ailə üzvləri ilə konfliktlərə səbəb olur. Sosial şəbəkə paylaşımlarında evdə, ailədə uzun zaman birgə vaxt keçirməyi dırnaqarası qələmə verən paylaşımlara, ailənin daha çox bir yerdə olmasının guya “pis nəticələr” verdiyini nümayiş etdirən karikaturalara tez-tez rast gəlirik. Bütün bunlar stressin məhsulu, gərginliyin təxəyyülüdür.

Koronavirus stressi ailədə uşaqlara da təsir edir və valideyndə istər yoluxma xofu, istərsə də məsuliyyətsizlikdən yaranmış gərginlikdən hətta evdəki azyaşlı uşaq da əziyyət çəkir. Yeri gəlmişkən, bu günlərdə, bütün ailə üzvlərinin daha çox bir araya gəldiyi vaxtda uşaqların yanında danışılan mövzulara, eləcə də işlədilən ifadələrə diqqət edilməlidir. Əlbəttə ki, bunun özü ayrıca geniş bir mövzudur. Lakin ata və ana pandemiya dövründə nə qədər sakit və təmkinli olsa, uşaqlar da bu periodu bir o qədər asan və zərərsiz, psixoloji cəhətdən sağlam keçirəcəklər.

Öncə onu qəbul etmək lazımdır ki, bu vəziyyət uzun müddət davam edə bilər. Bunu deməyə əsas var - əsrlər boyu meydana gələn xəstəliklərin illərlə davam etməsi, Ümumdünya Səhiyyə Təşkilatının proqnozları və s... Lakin nəzərə alsaq ki, dünya qloballaşıb, artıq yeni tibbi inovasiyalar sayəsində əvvəllər uzun illər ərzində  alınan nəticələri indi daha tez əldə etmək mümkündür, o zaman ümid etməyə dəyər. Tibb işçilərinin, elm adamlarının təşəbbüsü ümidləri yaşadır. Hazırda alimlər üzərində çalışırlar və gec-tez koronavirusa qarşı peyvənd də tapılacaq.

Ümumiyyətlə, insanlar virusla mübarizədə qorunma yolları barədə həkimlərdən dəstək alır və bunu tətbiq edirlər. Lakin, psixoloji sağlamlığa qarşı eyni cür davranmırlar. Axı stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır və  tibbi terminlər lüğətində bu adda xəstəliyə rast gəlməsək də stressin demək olar ki, bir çox xəstəliklərin bünövrəsini qoyduğu məlumdur. Bu baxımdan insanlar vəziyyəti idarə etməli, koronavirusdan öz psixoloji sağlamlıqlarını da qorumalıdırlar. Əgər sizdə alınmırsa, özünüzlə bacarmırsınızsa o zaman onlayn özünədəstək və motivasiya təlimlərinə qatılmaqda, gələcəyə dair daha planlı addımlamaq üçün psixoloji dəstək almaqda fayda var. Unutmayın ki, gərginliyiniz və stress Siz hiss etmədən ailənizin digər fərdlərinə də təsir edə bilir.

Prezdent İlham Əliyevin siyasəti, xalqı, insanların sağlamlığını üstün tutması və bu istiqamətdə atdığı addımlar nəticəsində virusa yoluxma ehtimalı azalır. Yoluxma sayının sürətlə artdığı ayrı-ayrı şəhər və rayonlarda həftə sonları sərt karantin rejimi tətbiq olunur. Vətəndaşdan isə sadəcə məsuliyyət, ara məsafəni qorumaq, dezinfeksiya edici və qoruyucu vasitələrdən istifadə etmək tələb edilir. Yəni dövlət xalqı iqtisadiyyatdan üstün tutub və pandemiyanın qarşısını almaq üçün milyonlarla vəsait xərcləyir, qarşılığında isə sadəcə vətəndaş məsuliyyəti tələb edir. Bu gün hamımızın virusa yoluxma ehtimalı olmasa da, gərginlik keçirmə ehtimalı yüksəkdir. Məsələ ondadır ki, psixoloji gərginliyin yoluxma sürəti daha çoxdur. Ailədən uşağa, anadan ataya, atadan iş yoldaşına, iş yoldaşından hansısa satıcıya, satıcıdan digər müştəriyə zəncirvari sirayətlənir və coğrafiyası genişlənir.  Dünya dövlətlərinin pandemiyaya qarşı həmrəy olduğu bir vaxtda insanların fərdi qaydada, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq mənəvi cəhətdən sıx birləşmələrinə ehtiyac var. Bu gün – XXI əsrdə insanları həkimdən, insandan çox insanlıq xilas edəcək.

Təranə Paşayeva

 “Loqos” un rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin sədri

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı