Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim, Azərbaycannın Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tural Rzayevi, bu yaxınlarda Azərbaycanda Misir Ticarət Evini təsis edən ”Caspian Standard” şirkətinin prezidenti Cəmil Məhərrəmovu və Azərbaycandakı Misir Ticarət Evinin direktor müavini Samir Cəfərovu qəbul etmişdir.
Misir Səfiri bildirdi ki, Misir Ticarət Evinin açılması misirli iş adamları ilə azərbaycanlı həmkarları arasında tanışlıq yaratmaq üçün və iki ölkə arasındakı iqtisadi, ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən imkanlar və əməkdaşlıq sahələrinin yaranmasında əhəmiyyətli rol oynayacaq.
Görüş zamanı sağlamlıqla bağlı (pandemiya) mövcud vəziyyət yaxşılaşdıqdan və beynəlxalq təyyarə uçuşlarına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Misirin Azərbaycandakı Səfirliyinin və Azərbaycanın Qahirədəki Səfirliyinin, o cümlədən Misir Ərəb RespublikasınınTicarət və Sənaye Nazirliyi ilə birgə Azərbaycan bazarına maraq göstərən misirli iş adamları ilə görüşmək üçün Misir Ticarət Evinin məsul şəxslərinin Misirə səfərinin təşkil edilməsinin əhəmiyyəti barədə razılığa gəlindi.