Azərsu” içməli su qıtlığının SƏBƏBLƏRİNİ açıqladı

Cəmiyyət 09:57 19.06.2020
Azərsu” ASC hazırda ölkədə müşahidə edilən şirin su qıtlığının səbəblərini açıqlayıb. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin səbəb Kürdə suyun azalmasıdır: “Bildiyiniz kimi, Kürdən suyu götürüb emala vermək üçün nasos stansiyalarımız quraşdırılıb. Bir müddət əvvəl həmin stansiyalarla suyu götürmək çətinləşdi, oturdular quma, lilə. Ona görə də iyunun əvvəllərindən Bakıya 1 kubmetr az su vermək məcburiyyətində qaldıq. Dərhal əraziyə xüsusi texnika yeritdik. Üzən nasostansiyaları qumdan, lildən təmizlədik və hazırda normal su götürə bilirik.” A.Cəbrayıllının sözlərinə görə, ikinci səbəb suya tələbatın kəskin artmasıdır: “İyunun əvvəlindən kəskin istilər düşdü. İnsanlar pandemiya ilə bağlı evə qapandığından sudan daha çox istifadə etməyə başladılar. Bakıdan çıxış məhdudlaşdırıldı, insanların böyük əksəriyyəti bağa köçdü, bağ evi olmayanlar kirayə bağ evlərinə üz tutdular. Üstəlik içməli suyun daha çox suvarma suyu kimi istifadə olunması, həmçinin üzgüçülük hovuzlarının su ilə doldurulması da səbəblər sırasındadır. Əgər üzgüçülük hovuzunun uzunluğu 7 metr, eni 3metr olarsa, ora 2 metr hündürlüyündə su yığılsa, bu, avtomatik olaraq 42 kub su edir. 42 kub suyu mənzillərdəki borulara doldurmaq üçün 2 sutka vaxt lazımdır. Yəni 50 saatdan çox müddətdə su ora axmalıdır ki, hovuz dolsun. Bu da tələbatın kəskin artmasına səbəb olub”. “Azərsu” rəsmisi qeyd edib ki, su çatışmazlığı daha çox paytaxtın şərq hisssəsində müşahidə edilir: “Əsas çətinlik Suraxanı, Sabunçu, Xəzər və Abşeron rayonunda müşahidə olundu. Qaradağda, Səbaildə, Yasamalda, Nəsimidə, Nərimanovda su ilə bağlı çətinlik olmadı. Kürdən, Ceyranbatandan gələn suyun verilişini artırdıq, bəzi tənzimləmələr apardıq. Artıq sistemi stabilləşdirmişik. Bu gün Suraxanı rayonunda, Xətai, Abşeron, Binəqədi rayonunda (Kənd Binəqədi istisna) problemləri həll etdik. Yalnız Sabunçunun bəzi hissələrində (Sabunçu qəsəbəsi, Zabrat qəsəbəsi, Balaxanı qəsəbəsi, Pirşağı qəsəbəsi) problemlər qalmaqdadır ki, bunu da yaxın günlərdə həll edəcəyik”. A.Cəbrayıllı deyib ki, rejim tənzimləmələri daha çox su alan ərazilərdə müəyyən saatlarda su verilişinin azaldılması hesabına, şəhərin digər istiqamətlərinə yönəldilməsilə aparıblar: “Eyni zamanda, Layihə və istismar departamentinin əməkdaşları su çatışmazlığı olan ərazilərdə həll variantları tətbiq etməyə başlayıblar. Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivində, I Mədən ərazisində bir kilometrə yaxın yeni şəbəkə xətləri çəkirik ki, ərazidə içməli sudan əziyyət çəkən insanların problemlərini həll edək. Su təchizatında problem yaşanan əsas ərazilər “Azərsu” ASC tərəfindən mərkəzləşmiş su şəbəkəsi qurulmayan ərazilərdir. Fərdi qaydada, tikinti normalarına uyğun olmayan, qonşudan su çəkənlər, kollektiv su xəttindən istifadə edənlər və s.-dir. Tikinti normalarına uyğun olmayan ərazilərdə təzyiqin formalaşdırılmasında problem yarana bilir. Ona görə də insanlara səslənirik ki, qlobal istiləşmə şəraitində sudan qənaətlə istifadə etsinlər. Əsas da bağ evlərində içməli sudan suvarma suyu kimi istifadə etməsinlər. Amma bu gün böyük əksəriyyət ənənəvi suvarmadan, şlanqla suvarmadan istifadə edirlər. Yaxşı olar ki, vətəndaşlarımız çiləmə, damcı suyundan istifadə etsinlər”. A.Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC bağ massivlərində, qəsəbələri inkişaf etmiş ərazilərdə mərkəzləşmiş şəbəkə işlərini yekunlaşdırmayıb: “Onların 70 faizindən çoxu fərdi şəbəkələrdir ki, bu da suyun optimal idarə olunması, hidrologiya rejimlərinin tənzimlənməsində bizə böyük çətinliklər yaradır. Artıq nəticələr əldə etmişik. Xırdalan, Masazır, Saray və s. də suyun verilişində stabillik əldə etmişik. İndi isə əsas diqqəti Sabunçu rayonunda suyun təminatının yaxşılaşdırılmasına yönəltmişik”.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı