Əbədiyyətə gedən yolun yolçusu…

Cəmiyyət 16:33 21.06.2020

Kiminsə haqqına girməyi xoşlamaz. Haqqına girdilərsə çəkinmədən özünümüdafiəyə qalxar. Onun qəlbinə yol tapmaq elə də asan məsələ deyil, etimadını qazandınsa əbədi dostun olacaq. Əzmkar, iradəli, emosional və duyğusaldır. Əhval-ruhiyyəsi bir anda dəyişə bilər. Ləzzətli təamlara meyilli olsa da süfrəsində hazırcavabların, ağıllı adamların olmasını xoşlayır. Dünyagörüşü, mütaliyəsi güclü olduğundan bəlağətli, məntiqli danışmağı bacarır. Mübahisə və diskusiyalarda öz bildiyini, inandığını sübut etməsə əl çəkmir. Buna rəğmən həmsöhbətini səbrlə dinləməyi də var. Ürəyi çox yumşaqdır, sevdiklərinə kömək etməyə həmişə hazırdır…

1958-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 20 nömrəli məktəbdə başa vurub. Sonra beş il Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində ali təhsil alıb. Daha sonra fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyini yaradıb və rəhbərlik edib. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olub. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəridir. "Şərq-Qərb" Nəşriyyat Evinin yaradaraq bir müddət oranı idarə edib. 2017-ci ildən "1001 kitab" və "Quran nəşrləri" nəşriyyatlarına rəhbərlik edir...

Deyir ki,- “Atam iqtisadçı-jurnalist kimi uzun illər jurnal redaktoru işləyib. Mənim nə vaxtsa onun kimi naşirlik edəcəyimi, əminəm ki, təsəvvür etmirdi. Çünki aradabir kitablar üzərində işləsəm də, nə vaxtsa əsas peşəmin naşirlik olacağını heç mən özüm də ağlıma gətirməzdim. 1996-cı ildə atam vəfat edəndə, mən bank sahibi və “bərkgedən” iş adamı idim... Anam isə naşirliyimə həm şahidlik edib, həm dəstək olub. O, Azərbaycan dili və ədəbiyyatı müəllimi, dilçi-alim olduğuna görə, redaktədə işim çətinə düşəndə, baş məsləhətçim idi. Sağlığında dilçilik üzrə onun iki elmi kitabını nəşr edə bildiyim üçün müəyyən təskinlik tapıram. Evdə üç uşaq olmuşuq. İndiki Hüseyn Cavid prospektində yaşamışıq və üçümüz də 20 nömrəli orta məktəbi bitirmişik. Mən orta məktəbin 4-8-ci siniflərində oxuyanda, həm də 16 nömrəli musiqi məktəbində tar üzrə beşillik təhsil almışam. Ailəmizdə ortancıl övlad olmuşam. Böyük qardaşım iqtisadçı-alim, kiçik bacım qəzet redaktorudur. Budur ki, yazı-pozu işi bizim bir növ ailəvi sənətimizdir”...

Hadisələri dərindən təhlil etməyi bacarır, analitik ağlı ilə ən dolaşıq problemləri həll edə bilir. İqtisadi məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Keçmişə çox bağlı adamdır, daha doğrusu, mühafizəkardır. Ötən günləri tez-tez xatırlayıb köks ötürür. Məqsədə doğru gedən yolda iradə nümayiş etdirməkdən çəkinmir. Həssaslığı və intellekti onu filosofluqdan əlavə şair-bəstəkar məqamınadək yüksəldə bilib. Piano, gitara, tar musiqi alətlərini mükəmməl dilləndirə bilir. Otuzdan yuxarı musiqinin müəllifidir. Gözəl poeziya nümunələri yaradıb...

Deyir ki,- “Gəldiyim qənaətlərdən birini söyləyəcəm. Tələbə olarkən belə fikirlərimə görə mənə “vulqar materialist” deyirdilər. Vaxtilə, Vladimir Vernadskinin istifadə elədiyi “noosfer” anlayışı, hətta, demək olar, nəzəriyyəsi var idi. Nədir noosfer? Hələ internet dövründən əvvəl, XIX əsrin sonlarında və XX əsrin 1-ci yarısında yaşayıb yaratmış Vernadski deyirdi ki, necə ki, Yer kürəsinin atmosfer, litosfer və digər təbəqələri var, eləcə də noosfer təbəqəsi var. Vernadskiyə görə, noosfer – insanın əldə etdiyi biliklərin Yerin ətrafında əmələ gətirdiyi bir təbəqədir. Məncə, medianı da bu təbəqəyə aid etmək olar. Baxın, məsələn, bu gün biz kompüterimizdə hər hansı bir informasiyanı silirik. Amma o yox olmur. Fizikanın fundamental qanunlarına görə, maddi olan bir şey yox olmur, yalnız başqa formada mövcud olmaqda davam edir. Odur ki, kompüterdə hansısa informasiya neçəsə bit, bayt, geqabayt həcmdə maddi olan bir yeri tutubsa, deməli, o yox ola bilməz. Biz onu kompüterdən silirik, amma o harasa gedir, yox olmur”…

Bəli, bu dünyada heç kim heç zaman yox olmur. Kimisi SƏSə, kimisi SÖZə, kimisi MUSİQİyə, kimisi də TARİXə çevrilir. Haqqında söhbət açdığım Rasim Müzəffərli isə xoşbəxt adamlardandır, nə vaxtsa həm SƏS, həm SÖZ, həm MUSİQİ, həm də TARİX olacaq. Çünki O, əbədiyyətə gedən yolun yolçusudur…

Bu şeiri isə özü yazıb:

Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü.
Qayalar tutmadı əlimdən,
Dalğalar qəsdimə düzüldü.

Bir batmış gəmiyəm, indi mən
Suların altında yatmışam.
Qorxmuram tufandan, küləkdən,
Üzməyin daşını atmışam.

Nələr, nələr üzür qəlbimdə,
Üzməyi bilməyən nə bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər...

Yeni yaşınız mübarək, Rasim Müzəffərli!

Elman Eldaroğlu

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
Hamısı